Şıxov çimərliyində üzən texnika -

Şıxov çimərliyində üzən texnika

 Çimərlik mövsümü davam edir. İstilər də bizə bu mövsümü keçirməyə kömək olur. Son günlərin istiləri isə ümumiyyəıtlə əsl çimərlik istisidir. Çimərliklərimiz boldu. Hamısıda pullu. Amma deyirlər ki, pulsuzu da var. Redaksiyamıza edilən zənglə vətəndaş bildirir ki, Şıxovda bir çimərlik var. Girişi pulsuzdu. Lakin ora texnika töküb mövsümün cır vaxtında təmir tikinti işləıri aparırlar.

Zəngin marağı bizi aparıb çıxartdı həmin çimərliyə. Giriş pulsuzdu. Amma çimərliyə gedən girişin yolu elə gündədir ki, gərək ora girdiyimizə görə bizə pul verəydilər. Baxmayaraq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin çimərliklərdə ekoloji vəziyyəti müəyyən etməklə bağlı apardığı araşdırmalar nəticəsində Şıx sanatoriyası qarşısındakı ərazilərdə bəzi kimyəvi komponentlər normadan artıq müəyyən edildiyi və burada bağırsaq çöpü bakteriyalarının sayının normadan artıq olduğu ictimaiyyətə bəyan edisədə çimərlik də xeyli adam var idi. Bu insanlarla yanaşı xeyli sayda texnika da çimərliyin sahilində dayanmışdı. Onlar burada nə isə etmək istəyirdilər.

Belə bir vəziyyətdə olan çimərliyə insanların üz tutması düzgün deyildir. Çalışmaq lazımdır ki, məhz dövlət qurumlarının tövsiyyə etdiyi çimərliklərdə dincələsiniz. Yəqin ki, onları bura gəlməyə vadar edən bu çimərliyin pulsuz və şəhərə yaxın ərazidə yerləşməsidir. Məhz bu səbəbdən insanlar hansısa bi xəstəliyə yoluxmağı gözə alıb bura üz tutublar. Amma bu günkü vəziyyət belədir ki, həmən bu çimərlik insanlarla doludur. Baxmayaraq ki, insanlar çimərlikdə yetərincədir texnika işləyir. Toz səmanı tutb. Görəsən bunu mövsümdən əvvəl və ya sonra etmək olmazdırmı? Dənizin sahillərini onu zəbt eləmiş divarlardan xilas etdinizmi ki, artıq çimərlikləri düzəldirsiniz? Əgər buna düzəltmək adı qoymaq olarsa. Lövhələridə var-Narahatçılığa görə üzr istəyirik. Niyə narahat edirsiniz ki, sonra da üzr istəyəsiniz. Gözləyin mövsüm bitsin sonra çimərliyin bu başından girin o başından çıxın. Amma çıxın haa. Day siz də batsanız bu mövsüm olmadıki.
Nicat Novruzoğlu

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !