Gömrük orqanına düzgün bəyan olunmayan külli miqdarda mallar aşkar edilib - (ViDEO+FOTO=5)

Gömrük orqanına düzgün bəyan olunmayan külli miqdarda mallar aşkar edilib (ViDEO+FOTO=5)

Gömrükçülər külli miqdarda tekstil məmulatlarının gömrük orqanına düzgün bəyan
olunmadan ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.
Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq dəniz
ticarət limanı” gömrük postuna Türkmənistan Respublikasından tekstil
məmulatlarının yükləndiyi “Fikrət Əmirov” adlı gəmi daxil olub. Türkmənistan
istehsalı olan 1853 kq çəkidə 15.000 kv.metr və 3000 kq çəkidə 20.000 kv.metr
həcmdə tekstil məmulatları “Arçın KM” MMC-nin ünvanına göndərilib.
“Arçın KM” MMC həmin malları müvafiq gömrük bəyannamələri üzrə sərbəst
dövriyyə üçün buraxılış proseduru altında rəsmiləşdirib. Gömrük bəyannamələri Baş
İdarədə qəbul edildikdən sonra idxal olunan mallar gömrük postunun ərazisinə
boşaldılıb. Gömrük baxışı zamanı idxal olunan malların gömrük bəyannamələri və
mal-müşayiət sənədlərində göstərilən miqdarından artıq - 400 ədəd müxtəlif tekstil
məmulatları, 700 metr parça və 17.000 kv.metr bez parçası malları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !