Nəsimi ilinə həsr olunan Təhsil Avtobusu yay məktəbində 47 məktəbdən olan 200-ə yaxın şagird iştirak etdi - ( +FOTO=28 )

Nəsimi ilinə həsr olunan “Təhsil Avtobusu” yay məktəbində 47 məktəbdən olan 200-ə yaxın şagird iştirak etdi ( +FOTO=28 )

23-29 iyun 2019-cu il tarixlərində Təhsil Nazirliyinin "Azərbaycan üçün Öyrət" təhsil proqramı çərçivəsində artıq 4-cü dəfədir ki, həyata keçirilən "Təhsil avtobusu –Nəsimi" Yay Məktəbi başa çatıb.
Yay məktəbi çərçivəsində “Təhsil Avtobusu” 2500 km-dən çox məsafəni qət edərək 5 bölgədən və 40 kənd, 4 qəsəbə, 3 şəhər məktəbindən olan 200-ə yaxın iştirakçını əhatə edib. Yay məktəbi çərçivəsində iştirakçılar üçün “Nəsimi yaradıcılığı” əsasında hazırlanan 50-ə yaxın akademik saat həcmində təlim, tədris proqramı və intellektual yarışlar həyata keçirilib.
Yay məktəbinin bağlanış mərasimi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 650 illiyi eyd olunan İmadəddin Nəsiminin doğulduğu və ilk təhsilini aldığı Şamaxı şəhərində keçirilib. Layihə təşkilatçıları, təlimçilər və könüllü heyətinin təltif olunma mərasimi İmadəddin Nəsiminin heykəlinin qarşısında keçirilib.
Yay məktəbinin məqsədi "Təhsil Avtobusu –Nəsimi" Yay Məktəbininməqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artımasına şərait yaratmaq və Nəsimi yaradıcılığının tanıdılmasıdır.
“Təhsildə Nəsimi” şüarı ilə yola çıxan və iyulun 23-dən 29-dək davam edən "Təhsil Avtobusu” Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edib. Yay Məktəbi çərçivəsindəbu bölgələrdəki kənd məktəblərinin akademik göstəriciləri zəif və orta olan şagirdləri hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindənpeşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri keçirilib və şagirdlər intellektual yarışlarda iştirak ediblər.
“Təhsil Avtobusu – Nəsimi” Yay Məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Kapital Bankın əsas dəstəyi, Bakcell, Paşa Həyat Sığorta və Optimal şirkətlərinin dəstəyi, Vitam Reklam, Şərq-Qərb ASC əsas tərəfdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, Asmart yaradıcılıq mərkəzi, “Bir” Tələbə-Könüllü proqramı, BD Kids, Code Tusi şirkəti, SABAH qrupları, Sabah Futbol Klubu, Şəhanə online mağazasının tərəfdaşlığı ilə İctimai TV, ARB TV, Təhsil TV, 1News.az, Azərtac, Edumap Təhsil portal, Fam Tram media və informasiya tərəfdaşlığı ilə keçirilib.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !