Ucar rayonunda layihə çərçivəsində təlim keçirildi - (+FOTO=3)

Ucar rayonunda layihə çərçivəsində təlim keçirildi (+FOTO=3)

 AZpress.AZ xəbər verir ki, 27 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gəncliyə Dəstək” ictimai birliyi tərəfindən icra olunan “Sosial xidmət sahəsində könüllülük fəaliyyətlərinin dəstəklənməsi”adlı layihə çərçivəsində Ucar şəhərindəGənclər Mərkəzində təlim keçirildi.

Təlimdə 30 nəfər iştirak edirdi. Əvvəlcə Ucar Rayon Gənclər və İdman idarəsinin rəis müavini Nuru Priyev tədbiri açıdı və sözü layihə rəhbəri Eldar Xəlilova verdi. Təlimdə iştirakçılara təlimçi və ekpertlər tərəfindən könüllülük nədir, könüllülüyün tarixi, könüllüyün prinsip və məqsədləri, könüllünün və təşkilatın hüquq və vəzifələri, Könüllü Fəaliyyəti Haqqında Azərbaycan Respublikasının Qanunu, Könüllülüklə bağlı yerli və beynəlxalq təcrübə, Könüllülüyün cəmiyyətin inkişafına tövhəsi, Könüllülüyün gənclərin inkişafında və karyerasında uğuru, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu, qanuna əsasən kimlərə sosial xidmət göstərilir, kimlər çətin həyat şəraitində olan şəxs(ailə) hesab edilir, hansı sosial xidmətlər vardır, könüllülər necə sosial xidmət gəstərə bilər və s haqqında məlumatlar verildi, müzakirələr, iştirakçılarla və mütəxəssislərlə fikir mübadiləsi aparıldı.

İştirakçılara bukletlər və dəftərxana materialları paylandı və cay-kofe fasiləsi oldu. Sonda iştirakçılara sertifikatlar paylanıldı.

Qeyd: Layihənin məqsədi sosial xidmət sahəsində könüllülük fəaliyyətini təbliğ etməklə gəncləri çətin həyat şəraitində olan insanların sosial məsələlərinin həll edilməsinə cəlb etməkdən ibarətdir.

Xahiş edirik nəzərə alasınız.

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !