Diplomatik missiyasının başa çatması münasibəti ilə keçirilən vida görüşündə - +FOTO=20 (AZpress.AZ - İ.Rüstəm)

Diplomatik missiyasının başa çatması münasibəti ilə keçirilən vida görüşündə +FOTO=20 (AZpress.AZ - İ.Rüstəm)

AZpress.AZ saytı xəbər verir ki, bunu diplomatik missiyasının başa çatması münasibəti ilə keçirilən vida görüşündə Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib. Səfir deyib ki, Azərbaycan zəngin tarixə, heyrətamiz dərəcədə gözəl təbiətə, müxtəlif mətbəxə, ən əsas da mehriban insanlara malik bənzərsiz bir ölkədir: “Xalqlarımızı ortaq bir tarix, mədəniyyət və adət-ənənələr bağlayır: “Qazaxıstan üçün qardaş bir ölkədə olduğum üçün özümü evdəki kimi hiss etdim”.

Müstəqillik illərində ölkələrimiz arasında çox yaxın və dostluq münasibətlərinin inkişaf etdiyini vurğulayan B.İsabayev bildirib ki, hazırkı mərhələdə ikitərəfli münasibətlər bütün sahələrdə dinamik inkişaf edir və tərəfdaşlığın, qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmlənməsi üçün möhkəm potensiala malikdir. Son üç ildə qarşılıqlı ticarət bir neçə dəfə yüksəlib. Nəqliyyat, logistika sahəsində sıx əməkdaşlıq sayəsində qarşılıqlı və tranzit yük daşımalarında ciddi artım müşahidə olunur. Mədəni əlaqələr yüksək səviyyədədir, ölkələrimiz arasında turist axını ildən-ilə artır.

Azərbaycandakı missiyanın onda ən parlaq təəssüratlar buraxdığını deyən səfir ölkəmizi və hər zaman xatırlayacağını deyib.

Qeyd edək ki, Beybit İsabayev Qazaxıstan prezidentinin müvafiq fərmanı ilə parlamentdəki nümayəndəliyinin rəhbəri təyin olunub. Eyni fərmanla o, Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilib. B.İsabaev 2015-ci il martından etibarən ölkəsinin Azərbaycandakı səfiri vəzifəsində çalışıb.


--
Rustam Ismayilov 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !