Almaniyanı sirkələyən cinayət -

Almaniyanı sirkələyən cinayət

 Almaniyanin nüfuzlu “Die Deutsche Welle” saytı bazar ertəsi Frankfurt şəhərində baş vermiş dəhşətli cinayət hadisəsi barədə ətraflı məlumat yayıb. Xəbərdə deyilir ki, 40 yaşlı eritreyalı mərkəzi dəmiryol vağzalında peronda dayanmış gənc ananı və onun 8 yaşlı uşağını itələyərək qatarın altına atıb.

Ana sağ qalıb, oğlu isə qatarın altında can verib. Eyni zamanda cani 78 yaşlı qadını da qatarın altına itələməyə cəhd edib. Ancaq onun bu cəhdi baş tutmayıb.

Eritreya Afrikanın zavallı ölkələrindən biridir. Əhalisinin üçdə ikisi xristian, üçdə biri isə müsəlmandır. Uzun illər ölkə vətəndaş müharibəsinə səhnə olub, qonşu Efiopiya ilə müharibə aparıb. Ona görə də on illər boyunca ayağı yer tutan ölkədən qaçmağa çalışıb. Avropada Eritreyadan gələnlərə xüsusi ehtiram göstərilib. Çünki ölkədə totalitar idarəçilik sistemi hökm sürür. Eritreyada insan hüquqları və ya mətbuat azadlığından danışmağa belə dəyməz. Bu kimi göstəricilər baxımından dünyada autsayderlər sırasında yer alır.

 

Almaniya mətbuatı yazır ki, belə bir məmləkətdən gələn şəxs 2006-cıildə İsveçrə hökumətinə müraciət edib. 2008-cı ildə ona oturum verilib. 3 uşağı və xanımı ilə birgə İsveçrədə yaşayıb. Almaniyanı sarsıdan bir cinayətə imza atan kəsin adını Almaniya mediası açıqlamır. Cinayətkarın adı sadəcə “A” hərfi ilə keçir.

Almaniya polisi deyir ki, adam cinayəti törədərkən içkili olub, qatarın altına atdığı adamları da tanımırmış. Cinayətin motivi bəlli deyil, daha doğrusu, ağlabatan bir izahat tapa bilmirlər.

 

Qatil İsveçrədə də son vaxtlar zorakılıqla müşahidə olunan hərəkətlərə yol verib və polis tərəfindən axtarılıb. Belə ki, Frankfurt cinayətindən 5 gün öncə o, qapı qonşusunun üstünə bıçaq çəkib. Böyük ehtimalla həbsdən yayınmaq üçün Almaniyaya üz tutub.

Almaniya mətbuatı xatırladır ki, ötən həftə faşist təmayüllü bir alman Frankfurt şəhərindən 55 km. uzaqlıqda olan Wächtersbach qəsəbəsində bir eritreyalını güllələyib, öldürmüşdü. Bu iki cinayət arasında hər hansı əlaqə varmı? Almaniya polisi bunu da nəzərdən keçirir.

İsveçrə polisi isə bildirib ki, soyuqqanlı cinayətkar bu ilin əvvəlində ruhi baxımdan xəstə olduğuna görə işdən xaric edilib. O da bəllidir ki, o, Sürix şəhərində yaşayıb, bir neçə gün öncə İsveçrənin Basel şəhərindən qatarla Almaniyaya yollanıb.

Məzuniyyətdə olan Almaniyanın daxili işlər naziri Horst Seehofer təcili şəkildə iş yerinə dönüb. Son həftə Almaniyada solçulara hücumlar olub, məscidlərin partladılacağı ilə bağlı təhdidlər yayılıb. Şəhər meri olan Walter Lübcke neo-faşistlər tərəfindən güllələnərək, öldürülüb.

Several hundred people gathered outside Frankfurt train station

Ard-arda baş verən bu olaylar Almaniyanın ictimai-siyasi həyatında təlatüm yaradıb. Almaniyaya mühacir axınının qarşısına sədd çəkmək istəyən siyasi qüvvələr bu hadisədən maksimum səviyyədə yararlanmağa çalışırlar. Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin mühacirlərə xoş münasibətdə olan hökuməti ciddi təpkilərlə üzləşib.

 

Elbəyi Həsənli, Sürix
Musavat.com

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !