Dubay şeyxinin İngiltərəyə qaçan arvadı ilə bağlı qalmaqal davam edir... -

Dubay şeyxinin İngiltərəyə qaçan arvadı ilə bağlı qalmaqal davam edir...

 Məhkəmə binasının qarşısında etiraz aksiyası - dünya şeyxlə arvadının məhkəməsinə fokuslanıb
Uşaqları ilə birgə Dubaydan qaçaraq İngiltərəyə köçən Şahzadə Haya ilə əri Dubay əmiri Şeyx Məhəmməd ibn Rəşid Əl Məktumun qarşı-qarşıya gələcəyi məhkəmə dünya mediasının diqqətindədir.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmənin ilk iclasının keçiriləcəyi Londondakı Ali Məhkəmədən ilk şəkillər yayılmağa başlayıb. Məhkəmə qarşısında toplanan aksiya iştirakçıları əllərindəki plakatlarla Dubay əmiri Məktuma etiraz ediblər. Onlar şeyxin despot və qadın düşməni olması ilə bağlı şüarlar səsləndiriblər. Eyni zamanda plakatlarda da şeyxin seks manyakı, qatil olması ilə bağlı sözlər yazılıb.

 

Şahzadə Haya məhkəməyə vəkili ilə birgə qatılıb. Məhkəmədə həyata keçirilən yüksək təhlükəsizlik tədbirləri xüsusi diqqət çəkib. Məhkəmənin bir boşanma və ya təzminat işi yox, uşaqların gələcəyi ilə bağlı olduğu bildirilir.

 

***

APA-nın London bürosunun “Daily Mail”ə istinadən verdiyi xəbərə görə, şahzadə Haya şeyx Məktum ilə arasındakı nigahın məcburi nigah olduğunu bildirərək iki övladının qəyyumluğu, onların xaricə aparılmamağı və Londonda qalmağı üçün məhkəməyə müraciət edib. Şeyx Məktum da öz növbəsində uşaqların Dubaya qaytarılmağı üçün müraciət edib. Şeyxin özü isə məhkəmə prossesində iştirak etməyib.

45 yaşlı Şahzadə əvvəlcə Almaniyaya gedərək orada sığınacaq almağa çalışıb. Ancaq onun ötən ay Londona qaçaraq özünün 107 milyon dollarlıq (85 milyon funt-sterlinq) dəyərindəki evində yaşamağa başladığı bildirilib.

The Princess recently moved into an £85million townhouse, pictured, which she bought from Indian billionaire Lakshmi Mittal in 2017

O, bu gün Londona qaçmağından bu yana ilk dəfə məhkəmədə görünüb. Onun vəkili Fiona Şaklton şahzadə Diana və əri Çarlsın boşanma prosesini də həyata keçirib.

The Princess, pictured with lawyer Fiona Shackleton leaving court, is in the early stages of a divorce with her husband that could be worth £4.5billion

Britaniya qanunlarına görə, məcburi nigaha məcbur edilmək üzərə olan, ya da istəmədən nigaha məcbur edilmiş şəxs məhkəməyə müraciət edərək haqqında qoruma əmri çıxarda, özünün zorla xaricə aparılmağının qarşısını ala bilər.

Princess Haya Bint Al Hussein pictured above leaving the High Court in London with her lawyer today

Məhkəmədə hakim Şeyx Məktumun məhkəmə qərarının detallarına dair mətbuata məhdudiyyətlər qoyulması təklifini qəbul etməyib, prosesin “ictimai maraq“ kəsb etdiyini deyib. Ancaq məhkəmədə Britaniya mətbuat qurumlarından başqa digər xarici media orqanlarının jurnalistləri içəri buraxılmayıblar.

Princess Haya Bint Al Hussein, right, pictured with her legal team including lawyer Fiona Shackleton, centre, has arrived at the High Court in London today for a hearing over her children

Qeyd edək ki, şahzadə Haya ilə Dubay şeyxinin 11 yaşlı Jalila adlı qızı və 7 yaşlı Zayed adlı iki övladları var.

Flowers, a close protection officer (pictured at Ascot last year with Princess Haya and Sheikh Mohammed) worked for the Princess for five years where the pair struck up a close friendship

Öz cangüdəni ilə eşq yaşadığı deyilən şahzadə Hayanın Britaniyada qalmaq istəyəcəyi bildirilir. O, Britaniyada iki özəl məktəbdə təhsil alıb, daha sonra isə Oksford Universitetində öz təhsilini davam etditib. Ancaq əri onun Dubaya qayıtmasını tələb edərsə, bu, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə yaxın əlaqələri olan Britaniya üçün diplomatik başağrısına səbəb ola bilər.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !