Nicat NOVRUZOĞLU: - GÜRCÜLƏR RUSİYANIN XEYİRİNƏ AYAĞA QALXDILAR

Nicat NOVRUZOĞLU: GÜRCÜLƏR RUSİYANIN XEYİRİNƏ AYAĞA QALXDILAR

1803-cü ildə gürcü çarı İrakli Fitilbörkə gedib rus çarı I Aleksandrın ayağına düşüb yalvarmışdı ki, onları öz təbəəliyinə qəbul eləsin, ən azı pravoslav qardaşınam. O İrakli ki Qacar 1794-dəmi, ya 1795-dəmi Tiflisə hücum edəndə bizim azərbaycanlı bəylər onu qaçırıb meşədə gizlətmişdi.

I Aleksandr da öz pravoslav qardaşlarını sındırmadı.

Müstəqillikdən sonra Gürcüstan Rusiya ilə yola getmədi, bilirsiz. Son günlər də araları lap bərk dəyib. Gürcüstanın xanım prezidenti də Rusiyanı ağ yuyub qara sərib. Nəticədə Rusiya da Gürcüstana dirsəyini göstərib: Tiflisə təyyarə uçuşlarını saxlayıb, turistlərinə də Gürcüstana getməyi məsləhət görməyib.

Bir vaxt Türkiyəyə də turistlərini buraxmırdı, Allaha şükür, sonra hər şey yaxşı qurtardı. Və iki ildən sonra icazə verdi və ilk rus turistlər Bodruma ayaq basanda şəhərin bələdiyyə başqanı onları duz-çörəklə qarşıladı.

İndi rus turistlərin sayı Gürcüstanda 78 faiz azalıb. Çörəyi rus turistlərindən çıxan Batumi camaatı da əllərinə bayraq götürüb çıxıblar şəhərin küçələrində mitinqlər keçiriblər ki, biz Moskvanı istəyirik. Aləm dəyib bir-birinə. Keşikçi məbədi də yadlarından çıxıb.

Belə getsə, xanım prezident İraklinin yolu ilə getməli olacaq. Sadəcə olaraq paytaxt Fitilbörkdən Moskvaya köçüb. Onda Rusiyanın yiyəsi I Aleksandr idi, indi I Putin. 

Adalet.AZ

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !