"SSRİ yetimləri"nin taleyi və yaxud "Yetim qız"ın "Krasnıy Mockva" ətri... - - Aydın Canıyev yazır

"SSRİ yetimləri"nin taleyi və yaxud "Yetim qız"ın "Krasnıy Mockva" ətri... - Aydın Canıyev yazır

 Yetim bir qız bazarda "peraşki" satırmış, bazardakı qoca, nurani baqqal da bu 10-11 yaşlı qızcığazın hər gün gətirdiyi "peraşki"dən 15-20-in satdığını görür, çağırır yanına. Deyir, mənim balam, bu "peraşki"lərdən nə qədər gətirirsən, nə qədərini satırsan? Yetim qız da deyir ki, əmi, ən çox satanda yarısını satıram gətirdiyim 50 "peraşki"dən. Baqqal:
- Hər gün 50 ədəd "peraşki"ni gətirib qoyursan bura, boynunu iyləyirəm, pulu götürüb gedirsən.
Qız anasına deyir. Ana da gəlir baqqalın üstünə. Ki... tumanı başına çəksin. Əvəzində görür qoca, nurani bir kişi. Razılaşır.
Bəli, hər gün bu yetimçə 50 "peraşki"ni gətirir, qoca baqqal hamının gözü qabağında bunun boynunu iyləyir, pulu verir. Əgər əvvəllər yalnız çörək pulu çıxırdısa bu yetimçə ilə dul arvadın "biznes"indən, indi əməlli-başlı qazanc ələ gəlir və... guya da ana minnətdarlıq əvəzi fikirləşir ki, qızının bu qarğıdalı yağı iylənən paltarıyla kirli boynunu iyləməkdənsə, jest eləsin, qızını çimizdirsin, "Volodarski fabriki"nin çitlərindən bir təzə don alsın, bir də "Krasnıy Moskva" duxisi, geyindirsin, ətirləndirsin, göndərsin, qoca baqqala da xoş olsun!
Növbəti gün qız gətirib "peraşki"ləri qoyub, boynunu iyləmək üçün uzadanda... baqqal duruxur və pulu verib deyir:
- Daha nə gəl, nə də gətir!
Qız ağlaya-ağlaya gəlir anasının üstünə, ana da ağlaya-ağlaya gəlir baqqalın üstünə ki, bəs biz sənə görə belə bəzəndik, düzəndik, bəhmən-filan...
Baqqal:
- Sənin o aldığın ətirlərin bütün sortunu, markasını mən cavanlığımdan alıb vurmuşam. Mənə o məsum, fağır, yetim qızcığazı sevindirmək üçün verdiyim pul halalınız olsun deyə, ayrı heç bir xəbis niyyət güdmədən təklif etdim. Amma həm də cənnət ətrini hiss etmək istəyirdim. Körpə və məsum qızların boynundan cənnət ətri gəlir. "Krasnıy Moskva" ətri nəyimə lazımdır? Mən övladlarımı, ailəmi vaxtsız itirmiş tənha bir qocayam, var-dövlətimi ona ata əvəzi bağışlamaq istəyirdim. Siz cənnət ətri əvəzinə mənə "Krasnıy Moskva" soxuşdurdunuz. Di haydı, o yana...
Azərbaycan... Avropa və Amerika üçün o yetim, məsum qızcığaz idi - neft də "cənnət ətri".
Azərbaycan... Avropaya, Amerikaya "Volodarski fabriki"nin çit donunu alıb geyinib, özünü "Krasnıy Moskva" duxisi ilə ətirləyib turneyə çıxdı!
Azərbaycan nefti 70 il idi dünya bazarında yox idi - çıxış yolu yox idimi, ehtiyacını ödəmirdimi Avropa, Amerika?
İran, İraq neft ehtiyatları onillərlə olmadan keçinən Köhnə və Yeni dünya Azərbaycan neftinin ümidinəmi qalmışdı?
p.s. dostlardan biri sual verir: bəs bizdə axı çoxu Rusiyanın adamıdır. Yazdım ona:
- Bizimkilər Rusiyanın ADAMI deyil, qulu-qulbeçəsi-qulluqçusudur, Rusiyanın ADAMI... ermənidir!
Biz... "SSRİ yetimləri"ndən olsaq da, gül kimi şansımız vardı: hələ məsum idik, hələ boynumuzdan cənnət ətri gəlirdi, hələ... qıvrılıb yata bilərdik. Amma və lakin... "Krasnıy Moskva" duxisinin tünd iyi bizi "peraşki" satmaqdan və qazanc əldə etməkdən də məhrum etdi!
Belə ölkənin gecələri də xeyrə qalmır e artıq - hətta gecələr belə qırıcı təyyarələrimizi də vururlar!!!
"Duxi"nin iyi ətrafı çox pis götürüb!!!
p.p.s. məcazilik öz yerində, amma doğrudan da, körpə qızlarınızın boynunu iyləyin - cənnət ətrini duyan atalar heç vaxt yaltaq, şərəfsiz, troll, böhtançı və biqeyrət olmur. Onlar düşünmədən ölümə gedir!

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !