TÜRK QARDAŞLARIMIZ AĞSTAFA REGİONAL MƏDƏNİYYƏT İDARƏSİNİN QONAĞI OLDU - (+FOTO=37)

TÜRK QARDAŞLARIMIZ AĞSTAFA REGİONAL MƏDƏNİYYƏT İDARƏSİNİN QONAĞI OLDU (+FOTO=37)

 AZpress.AZ xəbər verir ki, Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa Mədəniyyət Mərkəzində Gəncə Dövlət Universiteti, Xəzər Universiteti və Türkiyə Cümhuriyyəti Kültür və Turizm Bakanlığının birgə təşkilatçılığı ilə həyata keçirilən “2-ci Uluslararası Unutulan Sözler Hayat Bulsun – Dede Korkut İzinde – Sözünde projesi” layihəsi çərçivəsində Türkiyədən yol alan türk nümayəndə heyyətini qonaq etdi və qonaqların şərəfinə mədəniyyət işçilərinin iştirakı ilə regionun spesifik musiqisi olan aşıq havaları və zurna ifalarından ibarət konsert təşkil etdi. Tədbirdə çıxış edən Türkiyə nümayəndə heyyətinin üzvləri Türkiyə-Azərbaycan dostluq-qardaşlıq münasibətlərindən geniş bəhs edərək qardaş ölkə Azərbaycanın bütün bölgələrində olduğu kimi Ağstafa rayonunda da onlara göstərilən diqqət və qayğıya, yüksək qonaqpərvərliyə görə Ağstafa Regional Mədəniyyət İdarəsi rəhbərliyinə dərin minnətdarlığını və təşəkkürünü bildirdilər.

 

Tədbir hər iki tərəfin bir-birinə qarşılıqlı hədiyyələr təqdim etməsi və auditoriyanın xor şəklində möhtəşəm “Çırpınırdı Qara Dəniz” ifası ilə yekunlaşdı.

 

Tədbirdən sonra, Türkiyə nümayəndə heyyəti Ağstafa Heydər Əliyev Mərkəzini, Ağstafada yerləşən Miniatür Azərbaycan Parkını, Ağstafa Tarix Diyarşünaslıq Muzeyini, Qazax rayonunda ucaldılmış Dədə Qorqud heykəlini, Qazax Mütəfəkkirlər Parkını, Qazax Tarix Diyarşünaslıq Muzeyini ziyarət etdilər.

 

 

 

Xəyal Nağıyev

 

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !