MİQ 29-la bağlı yeni AÇIQLAMA: - Onlar istismardan çıxarılacaq

MİQ 29-la bağlı yeni AÇIQLAMA: “Onlar istismardan çıxarılacaq”

İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Hadisənin baş verməsinə ehtimal kimi təyyarədə yaranan nasazlığın səbəb olması göstərilir.

 

MİQ-29 hərbi təyyarələri Azərbaycanın əsas döyüş təyyarələridir. Azərbaycan bu təyyarələri müxtəlif illərdə Ukraynadan alıb. Bu təyyarələr keçmiş SSRİ-də istehsal olunurdu. Demək olar ki, həmin təyyarələr köhnəlib, bir çox ölkələr, hətta Rusiyanın özü daha modern təyyarələrin istehsalına üstünlük verir. Ona görə də son qəzadan sonra Azərbaycanda belə fikirlər səslənir ki, MİQ-29 təyyarələrindən imtina etmək lazımdır. Çünki Azərbaycanda olan MİQ 29 təyyarələrindən 2-si artıq qəzaya uğrayıb. Demək qəzalar davam edə bilər. Təsadüfi deyil ki, son qəzadan sonra Azərbaycan Hərbi Hava Qüvvələri MİQ-29-un uçuşlarını dayandırıb.

 

Bəs qəza ehtimalı yüksək olan MİQ-29-un istifadəsi ölkəmizdə birdəfəlik məhdudlaşdırıla bilər?

Hərbi ekspert Üzeyir Cəfərov Modern.az-a açıqlamasında bildirib ki, , MİQ-29-un istifadədən çıxarılması bizə ziyan gətirə bilər.

 

“Dünyada ümumi qəbul edilmiş qayda var ki, ölkənin hava məkanında istifadə olunan təyyarələrdən biri qəzaya uğrayırsa, həmin modifikasiyadan olan təyyarələrin hamısının uçuşu müvəqqəti dayandırılır. Azərbaycanda da qayda tətbiq olunur. MİQ-29 qəzaya uğradıqdan sonra bu təyyarələrin uçuşunun dayandırılmasına səbəb digər növlərdə də eyni nasazlığın yaranmasının qarşısını almaqdır. MİQ-29-un təkrar istifadə edilib-edilməməsinə isə komandanlıq qərar verəcək. Belə hesab edirəm ki, həmin təyyarəlıər hələ Azərbaycana xeyir verə bilər. Bir müddət sonra yəqin ki, onlar istismardan çıxarılacaq, çünki daha yeni növ təyyarələr alınır. Hansı ölkələrin ki, hərbi sənayesi inkişaf edir, məsələn İtaliya, Fransa, Pakistan kimi ölkələrdən yeni növ təyyarələrin alınması ilə bağlı danışıqlar aparılır. Birdən-birə MİQ-29-un istifadədən çıxarılması bizim ziyanımızadır. Çünki onların bəziləri hazırda döyüş tapşırırğını, növbətçiliyi yerinə yetirir”.

 

Əzizə ZEYNAL 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !