Bakıda qatar taksi ilə toqquşub - - 2 nəfərin vəziyyəti ağırdı

Bakıda qatar taksi ilə toqquşub - 2 nəfərin vəziyyəti ağırdı

Zirə Qəsəbəsində (Qala yolu) qatar taksini vurub. İlkin məlumata görə hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin (SH) mətbuat xidmətindən AZpress.AZ-a verilən məlumata görə, təcili yardıma çağırış 12:44-də gəlib:

“Hadisə yerinə 5 biriqada cəlb olunub. Qəza nəticəsində ağır yaralı olan 22 yaşlı qız qapalı kəllə beyin travması, yuxarı ətrafların sınığı diaqnozu ilə xəstəxanaya daxil olub. 20 yaşlı oğlan qapalı kəllə beyin travması alıb. Hər iki xəstə 3 saylı Şəhər Xəstəxanasına aparılıb.

Daha bir yaralı 38 yaşlı kişiyə sol qolun sıyrılmış yarası diaqnozu ilə yerində yardım edilib. 33 yaşlı kişiyə sol çiyinin və sol baldırın travması ilə yerində yardım edildikdən sonra hospitalizasiyadan imtina edib”. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !