Ermənistan Qarabağa yol çəkir... -

Ermənistan Qarabağa yol çəkir...

İşğalçı ölkə 2020-ci ildə işğal altındakı ərazilərə üçüncü yolu çəkəcəyini anons etdi;

 

... Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, son vaxtlar maraq doğuran məsələlərdən biri də Serj Sərkisyanın Dağlıq Qarabağa səfər edəcəyi ilə bağlıdır: “Təbii ki, burada siyasət də ola bilər - baxmayaraq ki, separatçı qurumun rəhbərləri bunu adi gəzinti kimi qələmə verməyə çalışırlar. Məntiqlə Sərkisyanın səfəri 2020-ci ildə keçiriləcək saxta seçkilərlə də bağlı ola bilər və Paşinyanın əleyhinə və ya tərəfdarı olmayan elektoratın təlimatlandırılması da ola bilər. Bundan başqa, Rusiya prezidentinin Ermənistana səfəri öncəsi situasiyanın təhlili üçün materialların toplanması da ola bilər. Yəni hiss olunur ki, Qarabağ klanı heç də öz fəaliyyətini dayandırmır və siyasi arenada fəaliyyətini davam etdirməkdədir. Bu işdə Köçəryanın azad olunacağı da mühüm rol oynaya bilər. Siyasilərin də qeyd etdiyi kimi, Rusiyanın tələblərindən biri də məhz budur. ”Seçkilər"lə bağlı onu demək olar ki, həmişə olduğu kimi, heç bir dövlət tərəfindən legitim sayılmayan bir şou olacaq".
Ermənistandan Qarabağla üçüncü yolun çəkilişi məsələsinə gəldikdə, A.Nağıyev bildirdi ki, burada ermənilər işğal olunan Arazboyu ərazilərdə məskunlaşma həyata keçirmək ideyasını reallaşdırmaqla bərabər, həm də İranla məhz cənub tərəfdən nəqliyyat üçün əlaqələr yaradırlar: “Məlumdur ki, İran və Azərbaycanın işğal olunmuş həmin ərazilərdə 143 km boz zona, yəni nəzarətsiz sərhəd var. Ümumiyyətlə, bu layihə ilə bağlı danışıqlar çoxdan var idi. Sadəcə olaraq, maliyyələşmə məsələsi həll edilməmiş qalırdı. Artıq Nikol Paşinyan hökuməti maliyyənin olacağı anonsunu verib. Yəni siyasi cəhətdən buna işğalçılığın leqallaşması kimi qiymət vermək olar. Çünki bu ərazilər işğal edilən Füzuli, Cəbrayıl, Zəngilan əraziləridir və son vaxtlar səslədirilən torpaqların qaytarılmayacağı kimi absurd bəyanatların davamıdır. Maraqlısı da budur ki, bu bəyanatlar hökumət nümayəndələri tərəfindən deyil, Təhlükəsizlik Şurasının katibi səviyyəsində verilir, yəni guya məqsəd məhz qondarma qurumun qarantı kimi Ermənistanın çıxış etməsidir”
Politoloq çox mühüm bir məqama diqqət çəkdi: “Təbii ki, buna beynəlxalq don geyindirmək və hətta İran və Rusiyanın adından istifadə etmək bir düşünülmüş planın tərkib hissəsidir. Yəni İrana qarşı sanksiyalar davam edərsə, alternativ variant kimi bu yol da istifadə edilə bilər və burada nəzarət təbii ki, bir az çətindir”.
A.Nağıyev məsələyə kəskin reaksiya verilməsini zəruri sayır: “ATƏT-in Minsk Qrupu bütün bu proseslərlə bağlı Azərbaycan tərəfindən xəbərdarlıq edilib. Təbii ki, onlar da bunu sülh proseslərinə mane edəcək bir prizmadan qəbul edib müvafiq qərar və ya bəyanat verməlidirlər”. politoloq: “Bu, işğalçılığın leqallaşmasıdır...” 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !