Sirlər üzə çıxır... -

Sirlər üzə çıxır...

“Qardaşlar” qrupundan olan kişilərlə “Bacılar” qrupundan olan qadınları evləndirir, amma bir yerdə yaşamağa qoymurdular


Dəstə üzvləri niyə və necə əsgərlik xidmətindən yayınıblar?

 

İstanbul Cümhuriyyət Baş Prokurorluğunun Adnan Oktar cinayətkar dəstəsi ilə bağlı istintaq sənədlərində yeni detallar üzə çıxıb. Musavat.com xəbər verir ki, 171-i həbsdə, 226-sı şübhəli olan təşkilat üzvlərinin necə təşkilatlanmasının pərdəarxası aydınlaşıb.

İddianamədə qeyd edilib ki, təşkilat üzvlərinin əsgərlik xidməti müddətində təşkilata xidmət edə bilməyəcək və daha da önəmlisi təşkilat ideologiyasından uzaqlaşa biləcəkləri ehtimalı ilə cinayətkar dəstə rəhbəri Oktar onların əsgərliyə getməməsi ilə bağlı təlimat verib.

 

Ali Suat Kütahnecioğlu

Təşkilatın “Qardaşlar Qrupu”nda yer alan Ali Suat Kütahnecioğlu və Rasin Kotilin yaxalanması məqsədilə Beykozdan bir ünvana təşkil edilən əməliyyatda qutu içində bir qeyd və qəzet olduğu üzə çıxıb. Sözügedən qeyddə aşağıdakılar yazılıb: “Hamımız üçün mənası olan bir tarix vardır. Hər hərəkəti hadisə olan və böyük bir əks-səda yaradan Adnan Hocamınızın İstanbula gəlişi də olduqca təsirli idi. Yeri-göyü inildədəcəyinin, İstanbul başda olmaqla, bütün dünyaya işıq saçacağının bir xəbərçisi kimi idi Independenta qəzası. Yaxşı ki varsan, yaxşı ki İstanbula gəlmisən Hocam, İstanbul səninlə gözəldir. Maşallah".

İddianamədə bu ifadələr yer alıb: "Adnan Oktar Silahlı Cinayət Təşkilatında təşkilat rəhbəri Adnan Oktar tərəfindən verilən təlimatlar istiqamətində "Bacılar Qrupu”nda yer alan qadın təşkilat mənsubları ilə “Kişi Qardaşlar Qrupu”nda yer alan təşkilat üzvlərinin bir-biri ilə kağız üstündə evləndirildiyi, təşkilatla bağlı həyata keçirilən əməliyyatlar çərçivəsində bir-biri ilə evli görünən təşkilat mənsublarının heç birinin eyni evdə yaxalanmadığı, ilk dönəmdə evlənənlər xaricində heç birinin uşaqlarının olmadığı bir faktdır. Bu evliliklər əslində təşkilatın ömrünü uzatmaq üçün həyata keçirilib və saxta evlilik kimi qiymətləndirilir. Dəstə rəhbərliyi onların bu dəstədən qopmalarının qarşısını almaq üçün təşkilat üzvlərindən ailələri ilə soyuq münasibətdə olanların sakitləşdirilməsi üçün müəyyən işlər görüblər. Belə ki, onlar həmin şəxslərin ailə üzvləri ilə münasibətlərini pisləşdirməməsinin vacibliyini vurğulayıblar ki, burada da məqsəd ailələrdən qalacaq miraslarının təşkilata yönləndirilməsi olub. Məhz bu zaman həmin miraslar birbaşa təşkilatın hesabına keçirdi”.

İddianamadə yenə saxta evliliklərlə bağlı bir yazıda isə aşağıdakılar qeyd olunub: “Sən daha yaxşı bilirsən, inşallah. Sərpilin mirası məsələsində heç bir şey edilmir. Vəfat etsə, heç bir haqqımız olmayacaq, onu bir qardaşla evləndirmək olarmı?”

Sonradan məlum olub ki, yazıda adıçəkilən şəxs zərərçəkmişlərdən Serpil Ekşioğludur və bu qeyd də Adnan Oktara təqdim olunmaq üzrə hazırlanıb.

Ad siyahılarının yer aldığı bənzər bir qeyddə də evləndiriləcək şəxslərin adları yer alıb. Bununla bağlı iddianamədə aşağıdakılar yazılıb: “Təşkilatiçi evliliklərin məqsədi təşkilat üzvü şəxslərə ailələrindən qalan malların təşkilata çatdırılması olub və bu məqsədlə hansı təşkilat üzvləri ilə evləndirilməsi lazım olduğu haqda məlumat birbaşa təşkilatın rəhbəri Adnan Oktara verilib”.

 

 

TƏŞKİLAT İÇİNDƏ 20 NƏFƏR ƏSGƏRLİK XİDMƏTİ ÇƏKİB

 

Təşkilatda "Əsgərlik Qanunu"na əsasən, Türkiyə Cümhuriyyəti vətəndaşı olan və əsgərlik yaşına gəlmiş hər bir şəxsin əsgərliyə getməsi tam olaraq əngəllənməsə də, onların bir qisminin təşkilatın sərmayəsindən istifadə edilmək şərti ilə təşkilata bağlı olan şirkətlərdə işlə təmin olunduğu, ödənişli əsgərlik imkanlarının ortaya çıxdığı dönəmlərdə də bundan faydalanmaq üçün cəhd göstərdikləri bildirilib.

Milli Müdafiə Nazirliyi ilə aparılan yazışmalar nəticəsində, sənəd çərçivəsində şübhəli statusunda olan kişilərdən 100-ə yaxınının pullu əsgərlik imkanından faydalandığı üzə çıxıb.

Yenə bu çərçivədə 9 nəfərin tələbə, 2 nəfərin xarici işçi, 1 nəfərin qaçaq, 1 nəfərin Türkiyə vətəndaşlığından ayrıldığı, 1 nəfərin son yoxlamaya məruz qaldığı qeyd edilib. Təşkilatda sadəcə 20 nəfər əsgərlik vəzifəsini həyata keçirib. İddianamadə eyni zamanda qeyd edilib ki, A.Oktar özü də pullu əsgərlik xidmətindən keçib. Təşkilatın idarəçilərindən Tarkan Yavaşın da səhhətinin “əlverişsiz” olmasına görə əsgərlik xidmətini yerinə yetirmədiyi bildirilib.

Sevinc, musavat.com

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !