Daha bir əclafın sonu... - - Beybala Mirzəyev yazır..

Daha bir əclafın sonu... - Beybala Mirzəyev yazır..

Gürcüstanın azərbaycanlıları təhqir edən keçmiş müdafiə naziri niyə həbs olundu?

Bu gün Gürcüstanın sabiq müdafiə naziri və "Qalib Gürcüstan" hərəkatının lideri İrakli Okruaşvili Tiflisdə saxlanılıb.

Sabiq nazir Gürcüstan Cinayət Məcəlləsinin 315-ci (Gürcüstanda konstitusiya quruluşunun zorla devrilməsi) və 225-ci (qrup zorakılığı təşkil etmək və iştirak) maddələri ilə ittiham edilir.

Bu adam (əlbəttə, əgər ona adam demək mümkünsə) çox ziddiyətli, qalmaqallı, kinli və həm də sürüşkən, etibarsız siyasətçidir.

Vaxtilə Mixail Saakaşvilinin sayəsində adam olub ortaya çıxan İ.Okruaşvili məhz M.Saakaşvilinin ona göstərdiyi etimad nəticəsində əvvəlcə baş prokuror, sonra isə daxili işlər naziri, müdafiə naziri vəzifələrində işləyib. Lakin sonradan isə o, Saakaşviliyə qarşı namərdlik edib, ona qarşı gizli işlər çevirib. Sakaşvili bu namərdliyinə görə onu komandadan uzaqlaşdırıb.

Ümumiyyətlə, onun adı indiyə qədər ən müxtəlif qalmaqallı hadisələrdə hallanıb və bir neçə dəfə məhkəməyə cəlb edilib.

Psixi cəhətdən müəyyən problemlər olan İ.Okruaşvili son illərdə siyasi səhnədən yoxa çıxmışdı. Lakin keçən il yenidən siyasətə dönüb

İrakli Okruaşvili Azərbaycan və Gürcüstan arasında Keşikçidağ (David Qareci) monastr kompleksi ətrafında ilk dəfə gərginlik yarananda da əsil ermənipərəst mövqe tutmuş və Gürcüstanda yaşayan yerli azərbaycanlıları təhqir etmiş, onları qaçqın adlandırmışdı.

Millətçilik azarına tutulmuş bu uğursuz siyasətçi deyəsən bu dəfə həqiqətən də çox uzun müddətə həbsxana divarları arasında "dincəlməyə" göndəriləcək.

Çünki o son açıqlamalarıyla Gürcüstan ictimai-siyasi mühitində sanki əsl bomba partladıb. Hamını sata-sata gələn bu sürüşkən siyasətçi son açıqlamalarında Saakaşviliyə və Bdzina İvanişviliyə qarşı kəskin ittihamlar irəli sürüb, şok faktlar açıqlayıb.

p.s.
Canı cəhənnəmə!

Necə deyərlər, azərbaycanlıların da Allahı var. Azərbaycanlıları təhqir etməyinin bədəlini yaşamalıydı... 

 

sputnik-georgia.ru/reviews/20190725/246056648/Priznanija-Okruashvili-o-prezhnej-vlasti-Georgia-vyzvali-burnuju-reakciju-socsetej.html

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !