Təhsil Avtobusu məktəblilər üçün Astaraya səfər etdi - ( +FOTO=17 )

“Təhsil Avtobusu” məktəblilər üçün Astaraya səfər etdi ( +FOTO=17 )

İyulun 25-də Təhsil Nazirliyinin "Azərbaycan üçün Öyrət" təhsil proqramı çərçivəsində artıq üçüncü ildir ki, həyata keçirilən "Təhsil avtobusu –Nəsimi" Yay Məktəbinin Astaraşəhərindəkeçirildi.
Açılış mərasimində layihə heyəti, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimaiBirliyi və Kapital Bank, Astara Rayon İcra Hakimiyyəti və Rayon Təhsil İdarəsinin nümayəndələri iştirak edərək iştirakçılara uğurlar arzuladılar.
Bildirilib ki, "Təhsil Avtobusu –Nəsimi" Yay Məktəbininməqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artımasına şərait yaratmaq və Nəsimi yaradıcılığının tanıdılmasıdır.
İyulun 23-dən 29-dək davam edəcək "Təhsil Avtobusu –Nəsimi" Yay Məktəbi Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edəcək. Yay Məktəbi çərçivəsindəbu bölgələrdəki kənd məktəblərinin akademik göstəriciləri zəif və orta olan şagirdləri hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçiriləcək peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcək.
“Təhsil Avtobusu – Nəsimi” Yay Məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Kapital Bankın əsas dəstəyi, Bakcell, Paşa Həyat Sığorta və Optimal şirkətlərinin dəstəyi, Vitam Reklam, Şərq-Qərb ASC əsas tərəfdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, Asmart yaradıcılıq mərkəzi, “Bir” Tələbə-Könüllü proqramı, BD Kids, Code Tusi şirkəti, SABAH qrupları, Sabah Futbol Klubu, Şəhanə online mağazasının tərəfdaşlığı ilə İctimai TV, ARB TV, Təhsil TV, 1News.az, Azərtac, Edumap Təhsil portal, Fam Tram media və informasiya tərəfdaşlığı ilə keçiriləcək.
Yay Məktəbində Astara şəhərinin Ərçivan 1, 2, 3, 4 saylı, Pensər kənd, Artupa kənd, Kakalos kənd, Şahağac kənd 1, 2 saylı, Şiyəkəran kənd 1 saylı, Suparibağ kənd, Alaşa kənd, Rüdəkənar kənd, Qapıçıməhəllə kənd, Seləkəran kənd məktəblərinin orta göstəriciləri zəif və orta olan 6-9-cu sinif şagirdləri iştirak edib. Şagirdlər üçün "Xəyal et və yarat", “Sabahı düşün”, "Gələcəyə addımla", "Mən uğurlu natiqəm”, “Cahanı kəşf et” komanda oyunu və "Nə? Harada? Nə zaman?" intellektual yarışı keçirilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlər sertifikatla təltif olunublar.
"Təhsil Avtobusu – Nəsimi" Yay Məktəbinin növbəti ünvanı isə Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi olacaq.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !