Maarifçilik Könüllülük Akademiyasının iştirakçıları arasında intellektual yarış keçirildi - ( +FOTO=5 )

“Maarifçilik” Könüllülük Akademiyasının iştirakçıları arasında intellektual yarış keçirildi ( +FOTO=5 )

Gənclər üçün Təhsil Mərkəzi (GTM) UNEC Tədqiqat Fondunun dəstəyi ilə gənclər arasında könüllülük, maarifçilik ideyalarını təbliğ etmək və gənclərin aydın təfəkkürdə formalaşdırılmasına hesablanmış “Maarifçilik” Könüllülük Akademiyasının iştirakçıları arasında “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə yarış keçirilib.
Yarışdan öncə çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə və “Yurd” təşkilatının sədri Ramin Mahmudov intellektual oyunların inkişafı istiqamətində yaradılan şəraitdən söhbət açıb, bu kimi yarışların gənclərin məntiqi düşünmə qabiliyyətinin inkişafında, təhlil etmə, qərar vermə, komandada işləmək bacarıqlarının yüsəldilməsindəki əhəmiyyətini qeyd ediblər.
Azərbaycan Xalq Cümhuriyyəti tarixinə həsr olunmuş turnirdə 8 komanda mübarizə aparıb. Yekunda “Stimul” komandası yarışın qalibi adını qazanıb. “Wonderkids” biliciləri ikinci, “Çinar” intellektualları isə üçüncü mükafatın sahibi olub. Yekunda qalib və mükafatçlar təşkilatçılar tərəfindən kubok və medallarla təltif olunub
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !