Sumqayıtlı balacaların sevimli məkanı - - SUMQAYIT "KONTAKT" ZOOPARKI ( ViDEO+FOTO=8 )

Sumqayıtlı balacaların sevimli məkanı - SUMQAYIT "KONTAKT" ZOOPARKI ( ViDEO+FOTO=8 )

Sumqayıtda ilk dəfə olaraq mini zoopark yaradılıb. Əsasən uşaqların əyləncəsi üçün fəaliyyətə başlayan zooparka 40-a yaxın müxtəlif növ heyvan gətirilib. Oradakı heyvanların hamısı əhilləşdirilib. Ən maraqlısı da budur ki zooparka giriş dərslərindən beş alan şagirdlər üçün pulsuzdur.

Qarabağ cinsindən olan at, meymun və bir çox digər heyvanlar...

Görüntülər Sumqayıtda yerləşən "Kontakt" zooparkdandır. Şəhərdə ilk dəfə istifadəyə verilən heyvanat parkında 40-a yaxın müxtəlif növ heyvan var.

Zooparkdakı heyvanların hamısı insanla təmasda ola bilməsi üçün əhilləşdirilib. Bura gələn insanlar onları oxşaya, hətta şəkil də çəkdirə bilərlər.

3-cü mikrorayon ərazisində yerləşən zooparkın açılmasına ən çoxsevinənlər isə balacalardır. 

Mini Zooparka giriş 2 manatdır. Lakin bu ödəniş dərslərindən əla qiymət alan şagirdlərə şamil edilmir. Zooparkın direktoru bildirib ki, istənilən şagird gündəliyindəki 5 qiymətini göstərərək heyvanat parkına ödənişsiz daxil ola bilər. Zoopark səhər saat 11:00-dan axşam saat 22:00-a qədər fəaliyyət göstərir.

 

www.instagram.com/zooparksumqayit/

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !