...hələ çox şeyi bilmirsiniz, mənim hər misramda... - - İlqar Əlfioğlu xatırladı..

...hələ çox şeyi bilmirsiniz, mənim hər misramda... - İlqar Əlfioğlu xatırladı..

Keçib uzun yolları,
Gəldim Ağdama sarı.
Dedim el nəğməkarı,
Sevimli Qarqara bax,
Qarabağ, ay Qarabağ!

 

İstər can fəda edə,
Sənə dost da, elli də.
Payız vaxtı Şellidə
Əzgilli bağlara bax.
Qarabağ, ay Qarabağ!

 

Ömrünün gənc yaşında,
Tirmə şalı başında,
Ərimgəldi qaşında
Yar gözləyən yara bax.
Qarabağ, ay Qarabağ!

 

Göylərinə qəflətən
Hücum çəkərsə düşmən,
Deyərəm - qartalam mən,
Caynağımda sara bax.
Qarabağ, ay Qarabağ!

 

"Atam İslam Səfərli Qarabağ haqqında yazdığı şeirdə gözəl Qarabağı tərənnüm edir və son dörd misrada nədənsə düşmənlərdən söz açır. Mən ondan soruşanda ki, ay ata düşmənlər gəlsələr, Moskvanı, uzağı Bakını tutarlar. Qarabağ kimə lazımdır ki?.. mənə belə dedi: "Siz cavanlar hələ çox şeyi bilmirsiniz, mənim hər misramda məna var. Böyüyərsən - bilərsən".
Bu o vaxtlar idi ki, hər yerdə xalqlar dostluğu haqqında şeirlər yazılırdı..."

İlham Səfərli

 

Allah sənə rəhmət eləsin, İslam əmim! 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !