İnternet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat mövzusunda konfrans keçirilib - ( +FOTO=2 )

“İnternet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda konfrans keçirilib ( +FOTO=2 )

AZpress.AZ xəbər verir ki, b

u gün Beynəlxalq Mətbuat Mərkəzində “İnternet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda dəyirmi masa keçirilib. Azadinform xəbər verir ki, konfransda QHT rəhbərləri, media və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli layihənin və konfransın məqsədi barədə məlumat verib.

O bildirib ki, problem qlobal xarakterlidir: “Onun aradan qaldırılması üçün beynəlxalq təşkilatlar bir sıra modelləri müzakirəyə çıxarıblar. Avropa Birliyinə daxil olan ölkələrin əksəriyyətində internet üzərindən yayılan informasiyalarda “Xüsusi kateqoriyalı fərdi məlumatların və şəxsi həyat sirlərinin” qorunması üçün xüsusi agentliklər, inzibati strukturlar formalaşdırılıb. Azərbaycanda da bu məsələ aktualdır. İnternet xəbər istehsalçılarının bilərəkdən və ya bilməyərəkdən “Xüsusi kateqoriyalı fərdi məlumatların-şəxsi həyat”ın qorunması prinsipini intensiv şəkildə pozmaları, ümumiyyətlə, “Fərdi məlumatların qorunması” qanununa laqeyd yanaşmaları müşahidə olunur. Azərbaycan Mətbuat Şurasının açıqladığı illik hesabatdan aydın olur ki, Şuraya il ərzində ünvanlanmış şikayətlərin bir qismi də məhz şəxsi həyat sirrinin onlayn mediada pozulmasına aiddir. Layihənin əsas məqsədi həm qlobal, həm də lokal səviyyədə ortaya çıxan bu problemin aradan qaldırılmasına yardım göstərməkdir”.

Qeyd edək ki, konfrans iştirakçıların müzakirəsi ilə davam edib.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !