Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlaması -

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin açıqlaması

Yenə də bəzi xəbər saytlarında dəqiqləşdirilməmiş, yalan və qərəzli məlumatlar tirajlanıb. Bəzi xəbər saytları iddia edir ki, guya Yasamal rayonunda yol tikintisi zamanı bir gecədə 132 ağac qırılaraq yox edilib.

 

Bildirmək istəyirik ki, paytaxtın avtomobil yollarında nəqliyyat vasitələrinin rahat hərəkətinin təmin edilməsi, tıxaclarının qarşısının alınması və orta hərəkət sürətinin artırılması məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2019-cu il tarixli 890 №-li Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin Yasamal rayonu ərazisində Şəfayət Mehdiyev küçəsinin Hüseyn Cavid parkına çıxışını təmin etmək məqsədilə uzunluğu 800 m olan və Əbdürrəhim bəy Haqverdiyev küçəsindən İnşaatçılar prospektinə qədər olan hissəsində yenidənqurma işlərinə başlanılıb.

 

Aidiyyəti qurumlarla razılaşdırılmış İcra Qrafikinə əsasən, sözügedən avtomobil yolunda aparılan yenidənqurma işlərinin bu ilin sonuna qədər başa çatdırılaraq istifadəyə verilməsi nəzərdə tutulub.

 

Layihə üzrə tikinti ərazisinə düşən yaşıllıqların ərazidən kənarlaşdırılmasına zərurət yaranmışdır. Qeyd edilənləri və layihənin əhəmiyyətini nəzərə alaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən həmin yaşıllıqların köçürülməsinə dair müvafiq ekspertiza rəyi verilmişdir. Rəyin icrasına 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən nəzarət edilir.

 

Bu vaxta qədər budanaraq 45 ağacın köçürülməsi həyata keçirilmişdir. Hal-hazırda yolun tikintisi altına düşən yaşayış və qeyri-yaşayış sahələrinin söküntüsü tam başa çatdırılmadığı üçün, həmin tikililərin ətrafındakı yaşıllıqlar da köçürülməyib.

 

Bildiririk ki, ekspertiza rəyində qeyd edilən ağac və kolların sayı ilkin layihəyə uyğun nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ərazidəki yaşıllıqların mühafizəsi məqsədilə yolun layihəsində müəyyən dəyişikliklər edilmişdir. Buna görə də ekspertiza rəyində qeyd edilən ağaclarn qalan hissəsi yolun hər iki kənarında yerləşir və onların köçürülməsinə zərurət yaranmır.

 

Köçürülən ağaclar suvarma ilə təmin edilmiş avtomobil yollarının mühafizə zolaqlarına olan münbit torpaq sahələrinə köçürülmüşdür. Bu ağaclara daim aqrotexniki qulluq göstərilir və onlar inkişaf etməkdədirlər.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olaraq bu cür yalan və qərəzli məlumatları yayan şəxslərdən xahiş edirik ki, yazılanları nəzərə alsınlar və bundan sonra vətəndaşlar arasında çaşqınlıq yaradan məlumatlar tirajlamadan öncə “Jurnalistlərin Peşə Davranış Qaydaları”na əsasən bu məlumatların nə qədər doğru olub-olmadığını araşdırsınlar.

 

Öncədən təşəkkürümüzü bildiririk!
Hörmətlə,

 

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin

İctimaiyyətlə Əlaqələr Şöbəsi 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !