Ağdam 26 ildir işğal altındadır... - ViDEO+FOTO=12 (Peterburq - C.Fizuli, H.Sədail - AZpress.AZ) (YENİLƏNDİ)

Ağdam 26 ildir işğal altındadır... ViDEO+FOTO=12 (Peterburq - C.Fizuli, H.Sədail - AZpress.AZ) (YENİLƏNDİ)

Azərbaycanın Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il ötür.
Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edilib.
İşğal nəticəsində Ağdam rayonunun 1154 kvadrat kilometr ərazisi Ermənistanın nəzarətinə keçib. 147 min nəfər əhalisi olan Ağdamın yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. Ermənilər Ağdamın işğal olunmuş ərazilərində tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri dağıdıblar.

Ağdam uğrunda gedən döyüşlərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verib. Doğma yurdlarından köçkün düşən rayon əhalisinin əksəriyyəti ölkənin müxtəlif bölgələrinə səpələniblər. Hazırda Ermənistan "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni sərvətlərin qeyri–qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqda davam edir.
İşğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu olub. Təxmini rəqəmlərə görə, Ağdam rayonunun işğalı nəticəsində ölkəmizə 252 milyon ABŞ dolları dəyərində maddi ziyan dəyib.
Bu işgalla əlaqadar, İyul ayının 23də Sank- Peterburqda, bir qurup soydaşlarımız tərəfindən hazırlanan anım mərasimini giriş sözü ilə açan Fizuli Cavadzadə,ilk olaraq ora yıgışanlardan şəhidlərin xatirəsini bir dəqiqəlik sükütla yad edilməsini xahiş etdikdən sonra Azərbaycanın himni səsləndi.
Əslən Laçın rayonundan olan iş adamı Ramiz Məmmədov sözə alaraq bel tədbirlərin, burada yaşayan insanların xatirəsində əbədi yaşatmaqçın davamlı olmasını təklif etdi.
Azərbaycan milli mədəni muxtariyyətinin sədr müavini Əli Salmanov belə bir təşəbbüstə bulundu ki, "Şəhidlər günü" təsis olunsun.Bunu da onunla əsaslandırdı ki,gəng nəslin milli ruhda tərbiyə olunmasına bir töhvə olar .
Növbəti sözçülər,əslən Agdam şəhərindən olan politoloq Niyazi Niyazov,müharibənin dəhşətlərin yaşamış və özü də dəfələrlə ölümlə üz üzə qalmış ,indi də qəlpələri öz bədənində daşıyan,əslən Tərtərdən olan Elgiz İsgəndərov, ağsaqqal Vəli Yəhyayev,Məcid Abdullayev,gənclər adından Rəşad Əliyev,Kərbəlayi Isa və başqaları bu günahsız yerə tökülən şəhidlərimizin qanının Azərbaycan xalqı tərəfindən yerdə qalmayacagına inam nümayiş etdirdilər.
Tədbir,şəhidlərimizin ruhuna quran tilavəti ilə başa çatdı.
Tədbir barəsində ətraflı,aşagıdakı videoda tanış ola bilərsiniz. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !