Bu bir çağırışdır... - - Azər Həsrət yazır..

Bu bir çağırışdır... - Azər Həsrət yazır..

Bu gündən ali məktəblərə ixtisas seçimi başlayır. Təbii ki, gərəkli balı toplamış gənclər arzu etdikləri ixtisasları seçəcəklər və seçməkdə sərbəstdirlər. Lakin mən bir çağırış edib hələ qərar verməkdə çətinlik çəkən oğlanları həvəsləndirmək istərdim. Gənclər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin və sonda müəllim olun. Sizə çox ehtiyac var günü-gündən gözəlləşən, inkişaf edən Azərbaycanda. Ölkə məktəblərinin böyük çoxluğunda müəllimlərin çoxu xanımlarımızdır. Əlbəttə, biz xanımların bu işdə işləməsinin əleyhinə deyilik. Lakin balansın kişi müəllimlərin ziyanına pozulmasını da görməzdən gələ bilmərik. Yetişməkdə olan uşaqların, özəlliklə də oğlanların sizə - yəni kişi müəllimlərə ehtiyacı var. Onların kişi kimi yetişməsi üçün kişi ortamında olmaları vacibdir. Onu da qeyd edim ki, artıq məktəblərdə əməkhaqqı məsələsi də həllini tapıb. Üstəlik, orta məktəb müəllimlərinin sosial təminatının daha da yüksəldilməsi üçün dövlət davamlı tədbirlər görür. O baxımdan oğlanların - kişilərin müəllim işləməsi əvvəlki illərdə olduğu kimi onlar üçün sosial problemlər demək deyil. Artıq ölkədə ən yaxşı əməkhaqqı verilən sahələrdən biri də təhsildir - orta məktəblərdir. Haydı, oğlanlar, ürəkli olun, müəllim ixtisasını seçin. Əminəm ki, belə etsəniz peşman olmayacaqsınız. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !