Neo-imperialistlərin arzuları... - - Beybala Mirzəyev yazır..

Neo-imperialistlərin arzuları... - Beybala Mirzəyev yazır..

Rusiya Dövlət Dumasının vitse-spikeri və Liberal-Demokratlar Partiyasının (LDPR) millətçi sədri Vladimir Jirinovski srağa gün Ukraynada keçirilən parlament seçkilərini "sonuncu seçkilər" kimi dəyərləndirib və bildirib ki, bundan sonra Ukraynada seçkilər olmayacaq. Çünki Zelenski uzağı 2 il hakimiyyətdə qala biləcək, sonra millətçi ukraynalılar onu devirəcək və onun yerinə öz milli "Pinoçet"lərini gətirəcəklər. Sonra "Pinoçet" də devriləcək və 2024-cü ilə qədər Ukrayna ümumiyyətlə bir dövlət kimi yox olacaq...

Jirinovski daha sonra bildirib ki, İran-ABŞ qarşıdurması Yaxın Şərqdə 3-cü Dünya Müharibəsinin başlanmasına səbəb olacaq və Ukrayna tamamilə arxa plana keçəcək. Kütləvi qaçqın dəstələrini isə məhz Ukraynaya yönəldəcəklər. Avropa, Rusiya və Türkiyə isə bu prosesə dəstək verəcəklər...

Odur ki, V.Jirinovski Ukraynanın dinc vətəndaşlarını indidən Rusiyaya köç etməyə çağırıb, çünki Ukrayna onsuz da gec-tez ya parçalanacaq, yadaki Rusiyanın tərkibinə daxil olacaq...

p.s.
Bax belə. Görün Kremldə və dünyanın digər böyük siyasi mərkəzlərində necə mənhus, məkrli planlar cızılır. Biz Azərbaycan olaraq bu prosesləri maksimum diqqətlə izləməli və bütün ekstremal, fövqəladə situasiyalara qarşı daim hazırlıqlı olmalıyıq.

Neoimperialistlərin dünyanın yenidən bölüşdürülməsinə xidmət edən geopolitik çarpışmalarından dövlət olaraq salamat çıxmağa çalışmalıyıq. Çünki böyük güclər böyük məqsədlərinə çatmaq üçün istənilən ölkəni qurban verməyə hazırdırlar.

Potensial "qurban"ların ilk sırasında hələlik Ukraynanın adı qeyd edilməkdədir.

 

 

iz.ru/902009/2019-07-23/zhirinovskii-nazval-usloviia-dlia-vkhozhdeniia-ukrainy-v-sostav-rossii

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !