Mətbuat Şurasının Jurnalistikaya xidmətlərinə görə xüsusi mükafatının ilk laureatları təltif edilib - ( +FOTO=2 )

Mətbuat Şurasının “Jurnalistikaya xidmətlərinə görə” xüsusi mükafatının ilk laureatları təltif edilib ( +FOTO=2 )

İyulun 22-də milli mətbuatımızın 144 illiyi ilə bağlı keçirilmiş təntənəli mərasimdə Azərbaycan Mətbuat Şurasının “Jurnalistikaya xidmətlərinə görə” xüsusi mükafatının ilk laureatlarının adları açıqlanıb. Mükafatı laureatlara Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri, professor Əli Həsənov təqdim edib.

MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Azərbaycan Mətbuat Şurası mediada peşə prinsiplərinin qorunması, media məkanımızın saflaşdırılması istiqamətində tədbirlər reallaşdırmaqla yanaşı, milli mətbuat tariximizin öyrənilməsində müstəsna xidmətləri olan şəxslərin əməyinin qiymətləndirilməsinə də böyük önəm verir. Mükafatının təsis edilməsində də məqsəd budur.

Ə.Amaşov çıxışında laureatların Azərbaycanın mətbuat tarixinin öyrənilməsinə verdikləri böyük töhfələrdən bəhs edib. Onların əməyinin qiymətləndirilməsinin son dərəcə mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

“Jurnalistikaya xidmətlərinə görə” xüsusi mükafatının ilk laureatı klasssik mətbu irsimizin tədqiqindəki xidmətlərinə, jurnalistika sahəsindəki uzun müddətli səmərəli elmi fəaliyyətinə görə seçilmiş Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru, böyük alim mərhum Şirməmməd Hüseynovdur.

Mükafatın növbəti laureatı milli mətbuat tariximizdə müstəsna rol oynamış böyük şəxsiyyət Cəlil Məmmədquluzadənin irsinin ən fəal tədqiqatçılarından olan Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, professor İsa Həbibbəyli olub.

“Jurnalistikaya xidmətlərinə görə” xüsusi mükafatının daha bir laureatı isə milli mətbuatımızın banisi Həsən bəy Zərdabi irsinin tədqiqatçısı, Zərdabişünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Esmira xanım Cavadovadır. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !