Gənclər Fondu 12-ci qrant müsabiqəsinin nəticələrini elan edir -

Gənclər Fondu 12-ci qrant müsabiqəsinin nəticələrini elan edir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 oktyabr tarixli 451 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”na əsasən Azərbaycan Respublikasının Gənclər Fondu 4 iyun-4 iyul 2019-cu il tarixlərində 12-ci qrant müsabiqəsini keçirmişdir.
Fondun Müşahidə Şurasının qərarına əsasən yerli layihələr üzrə 99, beynəlxalq layihələr üzrə 6 layihənin dəstəklənməsi məqsədə uyğun hesab edilmişdir.
12-ci qrant müsabiqəsinin qaliblərinin siyahısı ilə Fondun saytında qeyd olunan keçid vasitəsi ilə tanış olmaq mümkündür.
Qrantın alınması məqsədilə bu gündən etibarən müsabiqədə qalib olmuş hər bir gənclər təşkilatı Gənclər Fondunun rəsmi internet saytına öz kod və şifrəsi vasitəsi ilə daxil olaraq müqavilənin elektron şəkildə razılaşdırılmasını həyata keçirə bilərlər. Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqələri çərçivəsində gənclər təşkilatı ilə Gənclər Fondu arasında qrant müqaviləsinin bağlanması üçün elektron pəncərədən istifadə edilməlidir: (https://bit.ly/2SdpGKi)
Qrantın alınması məqsədilə müqavilələrin imzalanması üçün sənədlərin son göndərilmə tarixi 5 avqust 2019-cu il müəyyən edilmişdir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !