"Neftçi" və "Arsenal"ı birləşdirən dəyər! - - Tahir Süleymanov yazır..

"Neftçi" və "Arsenal"ı birləşdirən dəyər! - Tahir Süleymanov yazır..

Tulada keçiriləcək Avroliqa matçına sayılı günlər qalıb...Bilmirəm nəvaxtsa Azərbaycan yığması yeniyetmə, gənclər arasında dünya və Avropa çempionu olacaq ya yox. Ən azından biz o günləri görməyəcəyik. Çempionluq bir tərəfə, heç olmasa finallara vəsiqə qazansınlar...

Azərbaycanlı futbolçular dünya, Avropa çempionluğunu qazanıb. Orta, gənc nəslin çoxu bunları bilməsə də, "Neftçi" və "Arsenal"ı mənəvi birləşdirən Azərbaycan futbol məktəbinin yetirməsi Vladislav Əziz oğlu Qədirovu xatırlamağa dəyər. 1987-ci ildə SSRİ millisinin heyətində yeniyetmələr arasında dünya çempionluğunu qazanmış dəyər...

"Azərbaycanda futbolçu yetişmir" deyənlər müstəqil Azərbaycanda yığmalara 5-10 səviyyəli futbolçu tapa bilmirlər. Bəhanələr bir-birini əvəzləyir, sistem qurmaq, futbolçu yetişdirmək əvəzinə keyfiyyətsiz, mənasız 100-dən çox futbolçular milliləşdirilir....

Dözülməz rəqabətdə, 300(!) milyon əhalisi olan, 15 ölkəni birləşdirən SSRİ-də Azərbaycanlı futbolçu(lar) yığmada start 11-liyində meydanlarda söz sahibi idilər, dünya və Avropa çempionluqlarını qazanırdılar...

Təsəvvür edin, "Neftçi"nin 3 futbolçusu, Bakı və Sumqayıt futbol məktəblərinin yetirmələri Vladislav Qədirov, Arif Əsədov, Vladimir Lemiş yığmanın heyətində idilər. Əsədovla Qədirov isə əsas heyətin əvəzolunmaz üzvləri, tək oyunları ilə deyil, dünya finallarında qolları ilə seçilirdilər...

Azərbaycanda hər zaman istedadlar olub. Nə yazıq ki, 300 milyonun içində söz sahibi olmağı bacaranlar indi 10 milyon arasında itib-batırlar.
"Sapı özümüzdən olan baltalar"dı onları itirən. Nəsli-kökü bilinməyənlərə Azərbaycan pasportu kağız parçası kimi paylanılır, futbolumuz kimi dəyərdən salınır...

V.Qədirov "Neftçi"nin şərəfini qorumaqla yanaşı 1995-ci ildə Tula "Arsenal"ında da çıxış edib, aparıcı futbolçularından biri olub.

Təəssüf ki, zədə səbəblərindən karyerasını çox erkən, 28 yaşında bitirmək məcburiyyətində qalıb...

Zamanında dünya səviyyəsində başı üzərində kubok qaldırmış Vladislav Qədirov kimi futbolçular yeniyetmə, gənclərimizə örnəkdirlər.


Azərbaycanda futbol oynamağı bacarırlar, yetər ki, düzgün işlər görülsün, inkişafı təmin edə biləcək sistem qurulsun...

İnanıram ki, "Neftçi" və "Arsenal"ın sadiq azarkeşləri Vladislav Qədirovu unutmayıblar.


Heç şübhəsiz ki, Avroliqa görüşlərində iki klubu birləşdirən dünya çempionu, Azərbaycan futbolunun yetirməsi doğma "Neftçi"yə azarkeşlik edəcək... 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !