Gəncə Avropa Gənclər Paytaxtı 2016 Nümayəndələri Beynəlxalq Layihədə - (+FOTO=8)

“Gəncə Avropa Gənclər Paytaxtı 2016” Nümayəndələri Beynəlxalq Layihədə (+FOTO=8)

 AZpress.AZ xəbər verir ki, “Joint Organization to Unite Rural Networks of Entrepreneurial Youth – JOURNEY” (Sahibkar Gənclərin Yerli Şəbəkələrdə Birləşdirən Ortaq Təşkilat ) layihəsinin növbəti mərhələsi 24 - 28 İyun 2019- cu il tarixində Polşanın Lodz şəhərində həyata keçirilib.

Layihədə Azərbaycanı “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin nümayəndələri təmsil edib.
Təlim Ukrayna, Gürcüstan və Azərbaycandan olan gənclərlə işləyən 21 mentoru əhatə edir. İlk mərhələsi İtalyanın Peruga şəhərində keçirilən layihədə nəzərdə tutulan mentorlar üçün təlim, yuxarıda göstərilən ölkələrin təmsilçilərinə yerli gənclər və gənc sahibkarları dəstəkləmək üçün təlimat bacarığı, bilik, metod və vasitələr əldə etməsinə imkan yaradıb.

Layihənin qarşısına qoyduğu əsas vəzifələr:potensialın artırılması və gənc sahibkarlığın inkişafı üzrə gücləndirilmiş şəbəkə, mentorlara və kənd gənclərinə müraciət etmək üçün yenilikçi yanaşmalar, kənd gənclərinin ehtiyacını təmin etmək üçün təkmilləşdirilmiş təcrübələr, AB / beynəlxalq səviyyədə işləmək bacarığı və peşəkarlığını artırmaq, təkmilləşdirilmiş idarəetmə qabiliyyəti və beynəlxalq strategiyalar; digər ölkələrdən olan tərəfdaşlar ilə əməkdaşlığın gücləndirilməsi, digər təhsil sahələri və gənclər və ya digər sosial-iqtisadi sahələrlə sinerji yaradır, iştirak edən tərəfdaşşəlar adından Avropa İttifaqı /beynəlxalq layihələrin hazırlanması, həyata keçirilməsi, monitorinqi və monitorinqinin keyfiyyətinin artırılması.

 

Proqram çərçivəsində iştirakçıların Lodz Xüsusi İqtisadi Zona, Regional Əmək İdarəsi, Plantasiya Sahibləri Birliyi və yerli aktiv sahibkarlarla görüşləri təşkil olunub.

 


Sevinc Məmmədova

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !