Sumqayıt Dövlət Dram Teatrının kollektivində mükafatlandırma mərasimi keçirilmişdir - (+FOTO=8)

Sumqayıt Dövlət Dram Teatrının kollektivində mükafatlandırma mərasimi keçirilmişdir (+FOTO=8)

 AZpress.AZ xəbər verir ki, Sumqayıt Dövlət Dram Teatrının direktoru əməkdar artist Mübariz Həmidovun təşəbbüsü ilə son vaxtlar həm tamaşaçı ilə yeni ünsiyyət formasının güclənməsinə, həm də yaradıcı heyətə stimul verilməsinə xidmət edən bir çox kreativ layihələr gerçəkləşmişdir. 19 iyul mövsümün bağlanışından sonra 20 iyulda kollektivdə mükafatlandırma mərasimi keçirilmişdir. Belə ki teatrın yaradıcı və texniki heyətini əhatə edən müxtəlif nominasiyalar üzrə qaliblər elan edilmişdir. Qeyd edək ki, qaliblərin seçimi münsiflər heyəti tərəfindən səsvermə yolu ilə həyata keçirilmişdir.

Mükafatlandırma mərasimində qaliblərə müvafiq diplomlar təqdim olundu. "Ən yaxşı tamaşa", "Mövsümün ən xarakterik obraz ifaçısı", "Mövsümün ən məhsuldar aktyoru", "Mövsümün ən məhsuldar aktrisası", "Mövsümün ən perspektivli aktyoru", "Ən yaxşı texniki işçi", "Teatrın dostu", "Mövsümün ən işgüzar və intizamlı əməkdaşı" nominasiyaları üzrə müvafiq olaraq "Qarını öldürməliyik" tamaşasının rejissoru Tatyana Şevçenko, Habil Xanlarov, İlqar İbrahimov, Şəhla Məmmədova, İlahə Səfərova, Hüseynağa Novruzov, Əli Nəcəfxanlı, Nizami Dadaşov səhnəyə dəvət olunaraq təltif olundu.

Teatrın direktoru əməkdar artist Mübariz Həmidov nominasiyalar üzrə qalibləri təbrik etdi, kollektivin uğurlarından danışdı. Yeni mövsümdə daha böyük uğurlar arzuladı. Daha sonra tədbirə istedadlı aktyorların improvizələri rəngarənglik qatdı. Qeyd edək ki, maraqlı tədbir rejissor Əməkdar artist Namis Şirməmmədovun quruluşunda ərsəyə gəlib.

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !