XUDADAT BƏY MƏLİKASLANOV KÜÇƏSİNDƏ RAMİZ MƏLİKASLANOVLA... - - Rafael Hüseyn yazır..

XUDADAT BƏY MƏLİKASLANOV KÜÇƏSİNDƏ RAMİZ MƏLİKASLANOVLA... - Rafael Hüseyn yazır..

İyulun 20-də xalq artisti, Azərbaycan dirijorluq sənətinin ən parlaq simalarından olan dostumuz Ramiz Məlikaslanovu yenicə təltif edildiyi Azərbaycan Cümhuriyyətinin 100 illiyi medalı ilə bir daha təbrik etmək üçün Daispora ilə iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə görkəmli sənətkarımızın Bilgəhdəki bağına qonaq gəlmişdik.
Bu bağ yetərincə rəmzi bir ünvanda yerləşir. Ramizin babası Xudadat bəy Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından idi və milli hökumətimizin bütün kabinetlərində nazir vəzifəsini daşıyıb.
Sovet repressiyalarının qurbanı olmuş Xudadat bəy kimi müstəsna Vətən övladlarının şərəfli adlarının hər yeni yüksəlişi onların təzə bəraəti, növbəti qayıdışı deməkdir.
Uzun sənət həyatı boyunca Azərbaycanda və dünyanın müxtəlif ölkələrində çox mükafatlar almış böyük sənətkarımız Ramiz Məlikaslanov layiq görüldüyü Cümhuriyyət medalını əslində şanlı babasının təltifi kimi qəbul etdiyini söyləyir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !