Ölən adət-ənənələr – - SOSİOLOQ YANAŞMASI

Ölən adət-ənənələr – SOSİOLOQ YANAŞMASI

 Azərbaycan xalqının adət-ənənələri içərisində toy, yas mərasimlərin keçirilməsi xüsusi yer tutur. İnsanları bir araya gətirən və bir-birinə zidd olan bu iki məclisə son zamanlar yanaşma, münasibət xeyli dəyişib.

Yasda deyib-gülən, toyda kefsiz, bikef oturanları müşahidə etmək kifayətdir ki, yuxarıda yazdığımızın şahidi olasan. İş o yerə çatıb ki, hətta yas yerində ölü ilə selfi çəkdirib, sosial şəbəkələrdə paylaşırlar. İnsanları bu qədər dəyişən nədir? Hislərin ölməsi, yoxsa başqa problemlər?

AZpress.AZ  gencaile.az-a istinadən bildirir ki, mövzu ilə bağlı danışan sosioloq Əhməd Qəşəmoğlu deyir ki, əvvələr toy olanda hamı sevinirdi, indi belə deyil:

"Əvvəllər toy insanları ağır iqtisadi çətinliklərlə üz-üzə qoymurdu. Hər kəs öz büdcəsinə uyğun süfrə açırdı. Çox az miqdarda pulla toyu yola vermək mümkün idi. Ən gözəl tərəfi də o idi ki, toy sahibləri düşünmürdü ki, qonaqlar bu toya nə qədər pul verəcək. Hamı yığışıb, şənlənirdi, sonda yaxın adamlar gəlinə yaylıq, bəzək əşyası bağışlayırdı. İndi elə olur ki, bir ayda 6-7 toya dəvət alırsan. Elə o toyun dəvətnaməsi gələndə insanı kədər basır. Çünki indi orta əməkhaqqı 300 manatdırsa, gərək nəsə başqa işlərlə məşğul olasan ki, toya pul yazdıra biləsən. Toya gələnədək pul məsələsi adamı elə yorur ki, artıq çənlik mərasimində insanda mənfi ovqat yaranır.

Mərasimdə ifa olunan musiqilər də ortayaşlı və yaşlı nəslin demək olar ki, zövqü ilə üst-üstə düşmür. Belə olan halda adamlar məcburən oturduqları bir ortamdan, qəlbən sevinmədikləri bir yerdən razı qala, əylənə bilməzlər".

Yas mərasimlərindəki vəziyyətə toxunan sosioloq bildirir ki, doğrudan da son vaxtlar kişilər yas çadırını az qala zarafat məkanına çeviriblər:

"Kişilərlə yasda eyni ortamda olduğumdan bu halı müşahidə edirəm. Mərasim zamanı kimisi zarafat edir, kimisi gələnlərdən birini lağ-lağaya qoyur. Buna da səbəb odur ki, insanlar arasında münasibətlər köklü dərəcədə dəyişib. Əvvəllər münasibətləri tənzimləyən aparacı xüsusiyyət mənəvi dəyərlər idi. İndi mənəvi dəyərlər arxa plana keçib".

Sosioloqun sözlərinə görə, televiyazalardakı qeyri-ciddi, "şit" verlişlər insanların xarakterinə çox təsir edib:

"Bütün günü televiziyada yüngül xarakterli verlişlər yayımlanır. Bu da bilavasitə insanların əhval və xarakterinə çox ciddi təsir edir. Şou xatirinə qeyri-ciddi, yüngül xarakterli insanları efirə çıxarmaq və məqsəd kimi yalnız güldürən verlişlərin olması cəmiyyətə əhəmiyyətli dərəcədə təsir edir.

İnsanların yasa, toya qarşı münasibətləri cılızlaşır hər şeyi adi qəbul edirlər. Ümumilikdə insanın davranışına olduğu mühit, aldığı informasiyalar, üstünlük verdiyi dəyərlər mühüm təsir edir. Toy və yasda özünü aparmaq birinci növbədə insanın psixologiyasından, xarakterindən aslıdır. Mühit olaraq da görür ki, ətrafındakılar toy-yas mərasiminə adi yanaşır ki, onda da bu cür münasibət yaranır".

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !