Sumqayıt Dövlət Dram Teatrı 50-ci mövsümü başa vurdu... - ( +FOTO=6 )

Sumqayıt Dövlət Dram Teatrı 50-ci mövsümü başa vurdu... ( +FOTO=6 )

https://www.facebook.com/groups/250993438794052/ 

 

Ölkə başçımızın müvafiq sərəncamı ilə bu ilin noyabr ayında Sumqayıtın şəhər statusu almasının 70 illiyi xüsusi qeyd olunacaqdır. Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti tanınmış dramaturq Əli Əmirlinin şəhərin 70 illik yubileyinə həsr olunmuş “Sevgilim Sumqayıt” lirik-psixoloji dramını hazırlayaraq tamaşaçıların ixtiyarına vermişdir. Teatr özünün 50-ci mövsümünü 19 iyul saat 1900da həmin tamaşanın premyerası ilə başa vurdu..Qeyd edək ki, Sumqayıt Dövlət Dram Teatrı yubiley mövsümündə bir sıra uğurlu layihələrə imza atdı.
Bağlanış mərasimində iştirak edən ziyalıları, mətbuat nümayəndələrini, qonaqları salamlayıb, sözə başlayan teatrın direktoru Əməkdar artist Mübariz Həmidov Cənab Prezidentin imzaladığı, mədəniyyətə, ədəbiyyata, incəsənətə yüksək diqqətin təzahürü olan sərəncamları dilə gətirərək teatr kollektivi adından minnətdarlığını bildirdi. Görülən işləri, yaradıcılıq imkanlarının yaxşılaşdırılmasını kollektivdə ruh yüksəkliyinin artmasına rəvac verən əsas amil hesab edən direktor yubiley mövsümündə Sumqayıt teatrındakı canlanmanın növbəti teatr mövsümündə də davamlı olacağını söylədi. Daha sonra teatrın baş rejissoru Xalq artisti Firudin Məhərrəmo söz aldı. Baş rejissor müxtəlif janrlı tamaşaların ərsəyə gəlməsilə yanaşı rəhbərliyin təbliğat yönümlü ideyalar irəli sürərək teatra tamaşaçı axınının güclənməsinə nail olduğunu qeyd etdi. Bildirdi ki, cari mövsümdə repertuara daxil edilən “Tıq-tıq xanım”, “Danışan gəlincik”, “Dəfn edilməmiş ölülər”, “Mamoy kişinin yuxuları”, “Sevgilim Sumqayıt” kimi uğurlu tamaşaların rəğbət görməsi həyata keçirilən PR kompaniyalar ilə də bağlıdır. Sumqayıt Dövlət Dram Teatrının direktoru əməkdar artist Mübariz Həmidov quruluş verilən tamaşaların, maarifləndirici proqramların, sosial layihələrin qənaətbəxş nəticələnməsində il ərzində bizimlə əməkdaşlıq edən, teatrımızda baş verən ədəbi hadisələri KİV-də yayımlamaqda dəstəyini əsirgəməyən jurnalistlərin əməyinin əhəmiyyətini vurğuladı. Daha sonra tamaşa teatrsevərlərə təqdim edildi.
 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !