BDU QS World University Rankings beynəlxalq reytinq agentliyinin siyahısında yer tutub -

BDU “QS World University Rankings” beynəlxalq reytinq agentliyinin siyahısında yer tutub

www.facebook.com/groups/250993438794052/

 

AZpress.AZ xəbər verir ki, Bakı Dövlət Universiteti dünya universtitetlərinin reytinqini müəyyənləşdirən “QS World University Rankings” beynəlxalq reytinq agentliyinin siyahısında yer tutub.

 

“QS World University Rankings 2020”nin açıqlamasına görə, BDU dünyanın 20 min top universitetini araşdıran bu şirkətin siyahıya daxil etdiyi 1000 nüfuzlu universitet arasından seçilərək 801+ yerdə qərarlaşıb və ötən ildə olduğu kimi Azərbaycandan siyahıya düşən yeganə universitet olub.

Universitet reytinqinin tərtib olunmasında akademik göstəricilər, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında nüfuzu, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin sayı nəzərə alınır.

 

Qeyd edək ki, Bakı Dövlət Universiteti , eyni zamanda, ötən il "Webometrics", "Round University Ranking", “U-Multirank”, “Scimago İnstitutions Ranking” və “QS World University Rankings” agentliyinin Şərqi Avropa və Mərkəzi Asiyanın İnkişaf etməkdə olan ölkələrinin reytinq agentliklərinin siyahısında da yer tutmuşdu.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !