Nurlan Tahirlinin Tbilisidə möhtəşəm foto-sərgisi baş tutdu - +FOTO=4 ( AZpress.AZ - T. Minə)

Nurlan Tahirlinin Tbilisidə möhtəşəm foto-sərgisi baş tutdu +FOTO=4 ( AZpress.AZ - T. Minə)

https://www.facebook.com/groups/232461030668048/ 

 

Ötən günlərdə Tbilisidə azərbaycanlı fotoqraf Nurlan Tahirlinin fərdi sərgisinin açılışı olub.Nurlan Tahirlinin gənc olmasına baxmayaraq hər zaman öz işininə məsuliyyətlə yanaşması onun peşəkarlığının nümunəsidir desək yanılmarıq.Hər zaman fotolarına ruhunu qoyması ,onlarda hər kəsin başa düşəcəyi ,hər kəsin anlayacağı fikirlərin cəmləşdiyi ,düşündürücü sənət əsərləri ilə bizləri sevindirmişdir. Sevindirici haldır ki, azərbaycanlı fotoqraf Nurlan Tahirli vətəni bir çox beynəlxalq arenada layiqli təmsil edir.
AZpress.AZ Xəbər Agentliyinin məlumatına əsasən bildiririk ki, Gürcüstan Milli Parlament Kitabxanasında açılan sərgi “Travel Tunnel” (Səyahət Tuneli) adlanırdı.
Qeyd edək ki, Azərbaycan Fotoqraflar Birliyi (AFB) və Gürcüstan Fotoqraflar Assosiasiyasının (APG) birgə təşkil etdiyi sərgidə fotoqrafın 30-dan çox səyahət və şəhər mənzərələri mövzusunda, habelə 360 dərəcə panoramik şəkilləri nümayiş olunub.
APG-nin sədri Kaxa Pxakadze tədbiri açaraq gənc fotoqraf N.Tahirlinin yaradıcılığını təhlil edib, onun fotoqrafiya sahəsində daha böyük uğurlar qazanacağına əmin olduğunu söyləyib.
APG idarə heyətinin üzvü Nino Mgebrişvili, “Associate Press”in fotomüxbiri Şahvələd Eyvazov və fotoqraf George Okromçedlişvili N.Tahirlini təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.
Azərbaycan Fotoqraflar Birliyinin katibi, eləcə də Gürcüstan Fotoqraflar Assosiasiyasının 2017-ci ildən üzvü olan N.Tahirlinin bu sərgisi sayca üçüncüdür. Daha öncə fotoqrafın Azərbaycanda (2015) və Türkiyədə (2016) fərqli mövzularda əsərləri nümayiş olunub.
N.Tahirli təhsilinin bakalavr pilləsini Azərbaycan Dövlət İqtisad Universitetində, marketinq üzrə magistratura təhsilini Türkiyənin Sakarya Dövlət Universitetində alıb.
Bir sıra beynəlxalq fotomüsabiqələrin iştirakçısı və mükafatların laureatı olan fotoqraf 2019-cu ildə Avropa Fotoqraflar Federasiyası (FEP) tərəfindən "European Photographer" (Avropa Fotoqrafı) kvalifikasiyasına layiq görülüb.
Azpress.az xəbər saytı nəzərinizə çatdırmaq istəyir ki,hər zaman öz peşəkarlığı ilə uğura imza atan Nurlan Tahirli Azərbaycanın görkəmli şairi, əvəzolunmaz Mirzə Ələkbər Sabirin nəticəsidir.


AZpress.AZ,Minə Türksoy

 

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !