İranda nüvə razılaşması imzalandıqdan 4 il sonrakı vəziyyət... - (+ViDEO)

İranda nüvə razılaşması imzalandıqdan 4 il sonrakı vəziyyət... (+ViDEO)

www.facebook.com/groups/984665661568872/

 

Bu günlərdə İran nüvə razılaşmasının 4 ili tamam olub.

Bu razılaşma İranda nikbin ümidlər doğurmuşdu.

İndi isə həmin nikbinlikdən əsər-əlamət qalmayıb.

Amerika 1 il əvvəl müqavilədən çıxaraq İrana qarşı yeni sanksiyalar yeridib.

Hazırda İranla Qərb arasında gərginlik artmaqdadır.

İran Donald Trump-ın addımını beynəlxalq razılığa xəyanət sayır.

Donald Trump isə deyir ki, bu saziş İrana əl-qol açmaq, Yaxın Şərqdə vəziyyəti qarışdırmaq imkanı verirdi.

İran bundan sonra uranın zənginləşdirilməsini bərpa edib və müqavilədə qoyulan məhdudiyyətləri artıq aşıb.

Sanksiyalar ləğv olunmayacağı təqdirdə Tehran növbəti addımlar atacağını bildirib.

Sanksiyalar sadə iranlılar üçün bahalıq, dolanışığın çətinləşməsi deməkdir.

İran Hörmüz boğazında neft tankerlərinə hücum təşkil etdiyini inkar edir, lakin ABŞ dronunu vurduğunu təsdiqləyib.

Ötən həftə daha bir insident baş verib - Britaniya Gibraltar sularında İranın neft tankerini həbs edib.

Bu hadisə İranı qəzəbləndirib. Bir neçə gündən sonra İran körfəzində Britaniyanın ticarət gəmisi İran qayıqları tərəfindən təqib olunub.

Bütün bu hadisələr ona dəlalət edir ki, istənilən tərəfdən atılan səhv addım ciddi qarşıdurmaya səbəb ola bilər. 

 

BBC AZƏRBAYCANCA

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !