İsmayıllı rayonunun Mücü kəndi... - - Fariz Xəlilli yazır..

İsmayıllı rayonunun Mücü kəndi... - Fariz Xəlilli yazır..

İsmayıllı rayonunun Mücü kəndi var. Mücü kəndi də Basqal, Lahıc kimi Albaniyanın, Şirvanşahların və Şirvan xanlığının zəngin tarixini, mədəniyyətini özündə ehtiva edir. Fitdağ paytaxt olanda bu kənddə yəhudi icması da məskunlaşmışdı. Orada yəhudi qəbirləri indi də durur. Şamaxı yenidən, sonra Bakı paytaxt olanda, Göyçay qəzası formalaşanda yəhudilərin çoxu oralara yayıldılar. 2019-cu ildə zəlzələ olub. Evlər zərər görüb. Təmir olunmalıdır. Dövlət proqramıdır, ALLAH bu işdə zərərçəkənlərə kömək edənlərdən razı olsun! İşin amması odur ki, FHN tarixi binaları təlimatlar nəzərə alınmadan təmir edir. Üzərində yazı olan, tarixi binalar ya sökülür, yenidən tikilir, ya da üzlənir. Vətəndaşlar mənə müraciət edir, tariximiz itməsin, üzlənməsin, izimiz silinməsin, deyir. Mən də qalmışam mat-məəttəl. Çünki həmin binalar tarixi-memarlıq tikilisi olsalar da nə qoruq ərazisinə düşürlər, nə də inventar sənədləri var. Bizim alim və memarların bəziləri də tarixi obyektlərə heç bir tarixi əhəmiyyət daşımır deməyə fürsət gəzirlər. Mən FHN-dən, onun rəhbərliyindən bir alim kimi xahiş edirəm, tarixi abidələrimizi təmir etməyin, bərpa etməyin, üsuluna uyğun konservasiya edin. Kömək lazımdırsa, hər zaman Sizə kömək etməyə hazıram. Zəlzələdən zərərçəkən Şamaxı, İsmayıllı və Ağsu zəngin keçmişə malikdir, tarixin bizə gətirib çıxardığı istənilən irsə sahib çıxmalıyıq. Hər tikili, hər material tariximizdən informasiya daşıyır, onlara laqeyd yanaşa bilmərik. Mücüdə tarixi evlərdə təmir işlərinə yenidən baxılmasını xahiş edirəm. Kitabələrdən birini təqdim edirəm.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !