Nəriman Qasımoğlu tanınmış qafqazşünasla dostluğundan danışdı.. -

Nəriman Qasımoğlu tanınmış qafqazşünasla dostluğundan danışdı..

Tadeuş Svitoxovski məşhur Qafqazşünas, Azərbaycan tarixinə dair sanballı araşdırmalar müəllifidir.

Onunla İlk dəfə 2004-cü ildə Nyu Yorkda tanış olduq. Keçmiş sovet ölkələrinin dini durumunda problemlər barədə keçirdiyim təqdimat tədbirində onu amerikalı jurnalistlərlə alimlərin qatıldığı auditoyada görmək çox xoş idi. Müzakirələr zamanı bir neçə sual verdi. Təqdimatdan sonra görüşdük, təriflədi, qayğıkeşliklə harada qaldığımı, planlarımı soruşdu. Ardınca da ertəsi gün üçün restoranda şam yeməyinə dəvət etdi. Dostluğumuz beləcə başladı. Sonra münasibətlərimiz Evan Siegelin sayəsində möhkəmləndi. Evan Azərbaycan jurnalistika tarixini araşdıran dəyərli alimdir, “Əkinçi”, Molla Nəsrəddin”, “Həyat”a dair araşdırmalar müəllifidir. Hər dəfə Nyu Yorkda gələndə məni, övladlarımı səxavətlə öz evində qonaqlayır.

Foto Tad Bəy (onu öz aramızda belə çağırırdıq) bizi həyat yoldaşı ilə Bakıdakı mənzilimizdə ziyarət edərkən çəkilib. Təxminən 2011-ci ildə..

2017-ci ildə dünyasını dəyişdi. Ruhun şad olsun, əziz Tad Bəy! 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !