Qubada Xalçaçılıq sənəti milli sərvətimizdir layihəsi çərçivəsində təlimlər təşkil edilib - (+FOTO=6)

Qubada “Xalçaçılıq sənəti milli sərvətimizdir” layihəsi çərçivəsində təlimlər təşkil edilib (+FOTO=6)

 AZpress.AZ xəbər verir ki, “Xalça Dünyası Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Xalçaçılıq sənəti milli sərvətimizdir” mövzusunda təlimlərin təşkili layihəsini icra edib.

Layihə çərçivəsində Quba rayonunda xalçaçılıq sənətinə maraq göstərən və yiyələnmək istəyən 10 nəfər xanımın iştirakı ilə 6 təlim (nəzəri və praktiki) keçirilib. Təlim mövzuları qədim və unudulmaqda olan xalça naxışları, xalçaların daranması, iplərin seçilməsi və yuyulması, xalçaların qayçılanması, xalçalara ilmə vurma,xalçaların toxunduğu dəzgahlar və onlarla iş texnikasının qurulması, xalçaların toxunma qaydaları olub.

Təlimlərdə layihə rəhbəri, Azərbaycanın ilk sahibkar qadını, “Əməkdar mədəniyyət işçisi” Fatimət Ağamirzəyeva birlirib ki, layihənin əsas mahiyyəti bu sənətin region gəncləri arasında təbliğ edilməsi və nəsildən nəslə ötürülərək yaşadılması, davamlı olmasıdır. “Xalçaçılıq sənəti bizim milli sərvətimizdir. Xalça Azərbaycan xalqının tarixinin öyrənilməsində əvəzsiz vasitələrdən biridir”.

Xanımlar milli-mənəvi irsimiz olan qədim xalçaçılıq sənəti barədə maarifləndikdən sonra xalça toxuma, xalçaların daranması, iplərin seçilməsi və yuyulması təlimlərində iştirak ediblər.

Qeyd edək ki, təlimlərdə Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev da iştirak edib.

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !