15 TEMMUZ DEMOKRASİ ve MİLLİ BİRLİK GÜNÜ adlı tədbir və rəsm sərgisi keçirilib - +FOTO=46 ( AZpress.AZ - Ə.Sadıq)

“15 TEMMUZ DEMOKRASİ ve MİLLİ BİRLİK GÜNÜ” adlı tədbir və rəsm sərgisi keçirilib +FOTO=46 ( AZpress.AZ - Ə.Sadıq)

AZpress.AZ xəbər verir ki, Türkiyədə 3 il öncə - 15 iyul 2016-cı ildə baş verən hərbi çevrilişin ildönümü münasibətilə bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi, Bakı Yunus Əmrə İnstitutu, Türk İşbirliyi və Koordinasiya Agentliyi – TİKA, Türk Hava Yolları, Anadolu Xəbər Agentliyi və TRT-nin təşkilatçılığı ilə “15 TEMMUZ DEMOKRASİ ve MİLLİ BİRLİK GÜNÜ” adlı tədbir və rəsm sərgisi keçirilib. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, iki ölkənin dövlət xadimləri, Milli Məclisinin deputatları, KİV nümayəndələri iştirak ediblər.
Tədbir üç il əvvəl iyulun 15-də FETÖ terror təşkilatı tərəfindən hərbi yolla dövlət çevrilişinə cəhd zamanı baş verənlər, habelə o gün həlak olanların və yaralananların şəkillərin nümayiş etdirilməsi ilə başlayıb, ardından çevirilişdən bəhsedən film göstərilib.

Sonra çıxışçılara söz verilib.

Səfir Erkan Özoral çıxış edərək bildirib ki, həmin hadisədə şəhid olanları hörmətlə anırıq. Azərbaycan xalqı, hökuməti 15 iyul hadisələrində Türkiyəyə dəstək verdi: "Azərbaycan FETÖ terror təşkilatı ilə mübarizədə də dəstəyini əsirgəmədi. Buna görə Azərbaycan xalqına, Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm."

Diplomat daha sonra vurğulayıb ki, kimsə türk millətinin iradəsinə qarşı çıxa bilməz: "Türk milləti olaraq birlikdə güclüyük. Dini, siyasi dünyagörüşü fərqli olmasına baxmayaraq, hərkəs birlikdə olmalıdır. O zaman daha güclü, qüdrətli olacağıq."

Tədbirdə çıxış edən Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov bildirib ki, 3 il əvvəl 15 iyul gecəsi türk xalqının iradəsinin sarsılmazlığını bir daha bütün dünyaya göstərib: “Türkün saysız qəhrəmanlıq dastanı var. Türk xalqı 15 iyulda Türkiyədə, Mübariz İbrahimov təkbaşına düşmən səngərində, ordumuz 2016-cı ildə aprel döyüşlərində qəhərmanlıq dastanları yazdılar.
15 iyul xalqın iradəsinin nümayişi idi. Videolara baxdıqda görürdük ki, sadə insanlar dövlət naminə tankın qarşısına çıxdılar, qəhrəmancasına ölümə atıldılar. 15 iyul çevriliş cəhdinin ertəsi günü ilk rəsmi reaksiyanı Azərbaycan dövləti verdi. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, istənilən terror fəaliyyətinə qarşıdır.

15 iyul hadisələri göstərdi ki, Türkiyə dövləti əbədidir. 1990-cı il 20 yanvar hadisələri ilə 15 iyul olayları arasında böyük oxşarlıq var.Hər iki hadisə zamanı əliyalın əhali tankların qarşısına çıxdı. Hər iki halda xalqın iradəsi qalib gəldi. Bütün şəhidlərimizin ruhları qarşısında baş əyirəm”.

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışında 15 iyul hadisələrindən sonra Türkiyənin daha da gücləndiyini deyib: "Azərbaycan-Türkiyə əlaqələri bütün sahələr üzrə inkişaf edir. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvləri çoxsaylı tədbirlərdə iştirak edir. İki ölkə arasında münasibətlər parlament səviyyəsində də uğurla inkişaf edib. Azərbaycan Türkiyənin, Türkiyədə Azərbaycanın yanındadır. Ulu öndər Heydər Əliyev deyib ki, Türkiyəvə Azərbaycan bir millət, iki dövlətdir. 15 iyul hadisələri zamanı şəhid olan insanların xatirəsini hörmətlə anırıq".

Qeyd edək ki, 2016-cı il iyulun 15-də Türkiyə xalqı mütəşəkkil olaraq ayağa qalxaraq FETÖ terror təşkilatı tərəfindən hərbi yolla dövlət çevrilişinə cəhdin qarşısını alıb. Hadisə nəticəsində 250 vətəndaş şəhid olub, 1500-dən çox insan yaralanıb. Şəhidlər və yaralılar arasında qadınlar, uşaqlar və qocalar da olub.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !