Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti və qarşıda duran vəzifələr ... - ( +FOTO=3 )

“Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti və qarşıda duran vəzifələr”... ( +FOTO=3 )

https://www.facebook.com/groups/250993438794052/

 

AZpress.AZ xəbər verir ki, Azərbaycan Milli QHT Forumu (MQF) 10 iyul 2019-cu il tarixindəBakı Resurs və Təlim Mərkəzində“Azərbaycanda vətəndaş cəmiyyətinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda ekspertlərin iştirakı ilə ictimai müzakirə keçirib. İctimai müzakirədə Rauf Zeyni,Əliməmməd Nuriyev, Fikrət Yusifov, Əhməd Qəşəmoğlu, Mirvari Qəhrəmanlı,Mehriban Zeynalova, Cəsarət Hüseynzadə, Hafiz Həsənov, Osman Gündüz, Nüşabə Məmmədova, Əhməd Abbasbəyli vəƏntiqə Qurbanovaiştirak ediblər. MQF-nin prezidenti Rauf Zeyni müzakirəni açaraq, hazırkı dövrdə vətəndaş cəmiyyətinin mövcud vəziyyəti ilə bağlı qısa məlumat verib. O, bildirib ki, bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük islahatlar aparılır, QHT-lər və vətəndaş cəmiyyəti bu islahatları dəstəkləyir, bütün sahələrdə, bütün istiqamətlərdə uğurlar əldə olunur, lakin təəssüf ki, Qeyri Hökumət Təşkilatlarının (QHT) bir çox problemləri öz həllini tapmır. Bununla əlaqədar bir çox QHT-lər hər gün MQF-ə müraciət edirlər.Ona görə də onların qaldırdıqları məsələlərin araşdırılması üçün bu ictimai müzakirənin keçirilməsi təşkil edilib.Hazırda dövlət QHT-lərə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası vasitəsilə qrant ayrılsa da, bu 3-cü sektoru maliyyə sıxıntısından qurtara bilmir. Müzakirədə iştirak edən QHT rəhbərləri Rauf Zeyni, Əliməmməd Nuriyev, Fikrət Yusifov, Əhməd Qəşəmoğlu, Mirvari Qəhrəmanlı, Mehriban Zeynalova, Cəsarət Hüseynzadə, Hafiz Həsənov, Osman Gündüz, Nüşabə Məmmədova, Əhməd Abbasbəyli və Əntiqə Qurbanova çıxış edərək mövcud vəziyyətin ciddi səbəblərini qeyd edərək aradan qaldırılması üçün təkliflərini irəli sürdülər:
1. Vətəndaş cəmiyyəti ilə əlaqədar qanunlarda ciddi dəyişikliklərin aparılması;
2. Qrant haqqında qanuna dəyişikliklər edilməsi;
3. Vətəndaş cəmiyyətinin mövcud vəziyyəti ilə bağlı elmi təhlillərin aparılması;
4. Vətəndaş cəmiyyəti üçün peşəkar sosial kadrların yetişdirilməsi;
5. Beynəlxalq təşkilatlarla və xarici donorlarla münasibətlərin bərpa olunması;
6. Beynəlxalq tədbirlərdə QHT-lərin iştirakı üçün şəraitin yaradılması;
7. QHT və hökümət münasibətlərinin inkişaf etdirilməsi;
8. Davamlı və dayanıqlı fəaliyyət üçün QHT-lərə əlavə vəsait ayrılması;
9. QHT-lərin problemləriningeniş ictimai müzakirələrinin keçirilməsi;
10. Təhsillə bağlı layihələr gücləndirilməsi;
11. Açıq hökümətin təşviqi, şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi;
12. Vətəndaş cəmiyyətinin inkişafı ilə əlaqədar yeni milli strategiya hazırlanması;
13. QHT-lərinmüvafiq tenderlərdə iştirakının təmin edilməsi;
14. Bir sıra nazirliklər tərəfindən verilən dövlət sifarişlərin düzgün tənzimlənməsi;
15. Xarici qrantların bərpa olunması və ya dövlət dəstəyi ilə əvəzlənməsi.

MQF-nin təşkilatçılığı ilə keçirilən ictimai müzakirədə qərara alındı ki, ilkin formada yeni sənəd hazırlanaraq növbəti müzakirəyə təqdim edilsin.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !