Azərbaycan Fotoqrafiya sənətinə əvəzsiz itki üz verib: - fotoqraf, professor Hüseyn Hüseynzadə dünyasını dəyişdi

Azərbaycan Fotoqrafiya sənətinə əvəzsiz itki üz verib: fotoqraf, professor Hüseyn Hüseynzadə dünyasını dəyişdi

 13 iyul 2019 –cu ildə Azərbaycan Fotoqrafiya sənətində əvəzsiz xidmətləri olmuş, fotoqrafiya sənətinə azərbaycanlı fotoqraflardan öz adını yazmış fotoqraf, professor Hüseyn Hüseynzadə uzun sürən xəstəlikdən sonra bu gün vəfat etmişdir. Hüseynzadə Azərbaycan fotoqrafiyasına fotojurnalist kimi başlamış daha sonra müstəqil fotoqraf kimi calışmışdır.H.Hüseynzadə yaradıcılığı Azərbaycandan kənarlarda keçmiş SSRİ məkanında əhatə etmişdir.H.Hüseynzadə 11 yanvar 1935-ci ildə anadan olub. Neft-kimya İnstitutunu bitirib. Foto sənətinə “Vışka” qəzetindən başlamışdır. “Kommunist”, “Pionerskaya Pravda”, “Komsomolskaya pravda” adlı qəzetlərdə fəaliyyətinə davam edib. “Neft gəldi” və “Qazma ustası Faiq Əliyev” adlı fotoşəkilləri 1964-cü ildə keçirilən ümumittifaq sərgidə 1-ci dərəcəli diploma layiq görülmüşdür. Hüseyn Hüseynzadənin təşəbbüsü ilə ilk dəfə milli foto tarixində “Azərbaycanın kulinariya ensiklopediyası” yaranmışdır və beləliklə Odlar Yurdunu bütün dünyaya tanıtmışdır. Professor Hüseynzadə 60-dan çox kitabın müəllifidir. Foto sənətində qazandığı nəaliyyətlər – “Press Foto-62” beynəlxalq sərgi mükafatı, Azərbaycanın “Qızıl qələm” Jurnalistlərinin İttifaqı (1967), Berlində “İnterpresfoto” sərgilərinin mükafatını qazanmışdır.
Azərbaycan Fotoqrafları Birliyi və Art Faktor şirkəti adından ailəsinə, yaxınlarına və H.Hüseynzadə yardıcılığını sevən fotosevərlərə dərin hüznlə baş sağlığı veririk.

Allah Rəhmət etsin!

 

Vida mərasimi 14 iyul saat 12.00-da  Təzə Pir məscidində olacaq 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !