Oqtay Əsədovdan Zahid Oruca: - Sən danışmayanda darıxırıq (+ViDEO)

Oqtay Əsədovdan Zahid Oruca: Sən danışmayanda darıxırıq (+ViDEO)

Sosial Tədqiqatlar Mərkəzinin direktoruZahid Orucdövlət qurumlarını aktiv olmağa çağırıb.

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən Z.Oruc üç ay ərzində dövlət qurumlarının informasiya siyasətini təftiş etdiyini, bu siyasətin düzgün qurulmalı olduğunu bildirib.

Buna misal kimi Gəncə hadisələrinə görə həbs olunan Aydın Qurbanovun ölümünə toxunan deputat qeyd edib:

"Baş Prokurorluq, Ədliyyə Nazirliyi Penitensiar Xidmət məhbus öləndən üç gün sonra açıqlama verdilər. Bu, düzgün yanaşma deyil”.
Milli Məclisin sədri Oqtay Əsədovisə Zahid Oruca irad tutub:

"Dediyin sözlərdə həqiqət var. Çalış, gələn dəfə tez-tez danış, sən danışmayanda darıxırıq. Amma gündəlik ətrafında danış”.(oxu.az)

 

                                                                             ***

 

Zahid Oruc dövlət qurumlarını aktiv olmağa çağırdı

 

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc dövlət qurumlarını aktiv olmağa çağırıb.
Zahid Oruc 3 ay ərzində dövlət qurumlarının informasiya siyasətini təftiş etdiyini açıqlayıb.
O, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, "Salaam Cinema Baku" kinoteatrının yerləşdiyi bina, Gəncə hadisələrinə görə həbs olunan Aydın Qurbanovun ölümü ətrafında baş verənlərə toxunub.
Z.Oruc bildirib ki, dövlət qurumları informasiya siyasətini düzgün qurmalıdır:
"Məhbus öldükdən 3 gün sonra Baş Prokurorluq, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti açıqlama verdi.
Bu, düzgün yanaşma deyil, 3 gün ərzində həmin adamın meyitini başları üzərinə qaldırıb, ondan hakimiyyət əleyhinə siyasət aparanları prokurorluq orqanları və ədliyyə sistemi görməli idi. Məqsəd gəncəliləri dövlətdən küsdürmək idi”. Milli Məclisin sədri Oqtay Əsədov Z.Oruca irad tutub.
O.Əsədov deyib ki, gündəlik ətrafında çıxış etmək lazımdır:
"Dediyin sözlərdə həqiqət var. Çalış, gələn dəfə tez-tez danış, sən danışmayanda darıxırıq. Amma gündəlik ətrafında danış!”.altaba.az

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !