İmadəddin Nəsimi-650 illik DƏYƏR adlı layihənin bağlanış mərasimi keçirilib - ( +FOTO=7 )

“İmadəddin Nəsimi-650 illik DƏYƏR” adlı layihənin bağlanış mərasimi keçirilib ( +FOTO=7 )

www.facebook.com/groups/250993438794052/

 

AZpress.AZ xəbər verir ki, Bakı Konqres Mərkəzində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “İmadəddin Nəsimi-650 illik DƏYƏR” adlı layihənin bağlanış mərasimi keçirilib.
Bakı Konqres Mərkəzində baş tutan tədbirdə ictimai xadimlər, dövlət rəsmiləri, gənclər təşkilatları və bir sıra qurumların nümayəndələri, elm xadimləri və gənclər iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən “Odlar Yurdu” Gənclər İB-nin sədri Nigar Ələsgərova Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı və 2019-cu il 11 yanvar tarixli müvafiq Sərəncamla “Nəsimi ili” elan olunmasının əhəmiyyətinə dayanaraq birlik tərəfindən həyata keçirilən "İmadəddin Nəsimi- 650 illik DƏYƏR" adlı layihəsi haqqında məlumat verib. Sözügedən layihə çərçivəsində Nəsimiyə həsr olunmuş, tanınmış şəxslərin, elm adamlarının iştirakı ilə “Zaman mənəm” sənədli filmin, onun 11 qəzəlindən ibarət “İki aləmdə varım” adlı audio kitab və Şair haqqında maraqlı məlumatları əks etdirən eyniadlı ingilis və azərbaycan dillərində kitabçanın hazırlanması və ümumilikdə regionlar və Bakı şəhərində Gənclər Evlərində keçirilən təqdimat mərasimlərindən danışıb. Layihənin icrasında əsas məqsəd Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dünya ədəbiyyatı və fəlsəfəsində oynadığı rol, Nəsimi irsinin öyrənilməsi, təbliği, gənclər arasında tanıdılması və ümumi maarifləndirmə işinin təşkilindən ibarət olduğunu bildirib.
Daha sonra Gəncə, Şəmkir, Qazax, Mingəçevir şəhərlərində və Bakı şəhərində Qaradağ, Binəqədi, Xəzər, Sabunçu və Suraxanı gənclər evlərində də keçirilən təqdimatları və ümumilikdə layihənin gedişatını təsvir edən qısa xülasə-video çarx təqdim olunub.
Daha sonra Azərbaycan Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, Filologiya elmləri doktoru və professor Qəzənfər Paşayev və nəsimişünas alim, filologiya üzrə fəlsəfə doktoru Səadət xanım Şıxıyevaya çıxış ediblər.
Daha sonra film izlənib. Xatirə fotosu çəkilib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !