Həmyerlilərimizin adı Ədəbiyyat üzrə Beynəlxalq London Mükafatının uzun siyahısına düşüb -

Həmyerlilərimizin adı Ədəbiyyat üzrə Beynəlxalq London Mükafatının uzun siyahısına düşüb

AZpress.AZ xəbər verir ki, Azərbaycan yazıçıları Kamran Nəzirli və Səriyyə Məmmədovanın adları Ədəbiyyat üzrə Beynəlxalq London mükafatına namizədlərin uzun siyahısına düşüb. Bu barədə xəbəri Beynəlxalq Yazıçılar Təşkilatının Moskvadakı nümayəndəliyinin Mətbuat xidməti yayıb.
Xəbərdə qeyd edilir ki, 260 nəfərdən ibarət siyahıda yer alan Azərbaycan yazıçılarının seçilimiş əsərləri müsabiqə komissiyasının qərarı ilə uzun siyahıya daxil edilmişdir. Qərar dünyanın müxtəlif ölkələrindən olan müəlliflərin hər birinə “London Mükafatı yazıçını təqdim edir” seriyası altında kitablarını nəşr etmək imkanı qazandırıb. Bütün kitablar nəşr olunandan sonra Beynəlxalq Yazıçılar Təşkilatının saytında onların anonsu veriləcək. Kamran Nəzirli bildirib ki, mükafata namizədlər bir neçə nominasiya üzrə təqdim edilir: poeziya, qısa hekayələr, iri həcmli nəsr əsərləri, dramaturgiya, esseistika, tənqid, fantastika, ingiliscədən ruscaya, ruscadan ingiliscəyə tərcümə əsərləri və jurnalistika. Yazıçımız qısa hekayələr niminasiyası üzrə təqdim edilib.
Xəbərdə daha sonra bildirilir ki, Beynəlxalq Yazıçılar Təşkilatının kollektivi Mükafatın uzun siyahısına düşən müəllifləri təbrik edir, onlara növbəti mərhələdə daha böyük uğurlar arzulayır.
Biz də bu təbriklərə qoşuluruq.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !