“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif olundu: - ƏLİMƏMMƏD NURİYEV

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif olundu: ƏLİMƏMMƏD NURİYEV

AZpress.AZ xəbər verir ki, Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev Azərbaycan xalq Cümhuriyyətinin 100 illik yubiley medalı ilə təltif olundu.

 

Azərbyacan Respublikasının Prezidenti, cənab İlham Əliyevin imzaladığı Sərəncamla ilə təltif olunduğum “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı təqdim olundu. Bu təltifə görə cənab Prezidentə təşəkkür edirəm.
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın ən böyük uğur hekayəsidi. Bu gündə bu uğur hekayəsi davam edir.
Uzun əsrlərdən bəri xaqlımızın azadlıq yanğısı, müstəqillik arzusu, qurub-yaratmaq, dövlətçilik potensialı Azərbaycan Xalq Cümhuriyyətinin timsalında, xalqımızın zəngin, mədəniyyətinə, milli ənənələrinə, möhtəşəm tarixinə layiq formada reallaşdı. Azərbaycan Xalq Cumhuriyyəti milli olduğu qədər bəşəriydi və o zaman üçün insan hüquq və azadlıqları, unversal dəyərlər, tərəqqipərvər amallar mükəmməl formada və real məzmunda Cumhuriyyətimizin fəaliyyətində əksini tapmışdı.
Çox xöşbəxtəm ki, dövlət müstəqilliyimizin bərpası prosesində fəal iştirakçı olmuşam, bu gün dövlət quruculuğu, dövlətçiliyimizin möhkəmlənməsində mümkün olan töhfəni verməyə çalışıram. Cümhuriyyətlə bağlı medalı ilə təltif olunmağım üzərimə əlavə məsuliyyət qoyur və yeni güc verir. Bu gün “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medallarının təqdim olunması qürur verir. Allah Azərbaycanımızı qorusun!

 

Əliməmməd Nuriyev 

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !