Xaçmaz şəhərində maarifləndirici seminar keçirilib -

Xaçmaz şəhərində maarifləndirici seminar keçirilib

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda yaşayan mina qurbanlarının və digər müharibə əlillərinin özünüməşğulluq proqramına cəlb olunması üçün maarifləndirilmə işlərinin aparılması” adlı layihənin icrasını davam etdirir.

Layihənin İcra planına uyğun olaraq növbəti maarifləndirici seminar Xaçmaz rayonunda yaşayan mina qurbanları və digər müharibə əlilləri üçün təşkil olunmuşdur. Seminarda açılış çıxışı edən layihə rəhbəri Hafiz Səfixanov bildirmişdir ki, bu layihədə məqsəd mina qurbanlarını və digər müharibə əlillərini özünüməşğulluq proqramına cəlb edərək onların iqtisadi problemlərinin həll olunmasına, cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinə və onların ailə üzvləri ilə birlikdə ləyaqətlə yaşamasına nail olmaqdan ibarətdir.

Xaçmaz rayonunda yaşayan mina qurbanları və digər müharibə əlillərinə Əfqanıstan və Qarabağ müharibələri zamanı mina qurbanı olmuş təlimçi tərəfindən kiçik biznesin praktiki əsaslarına dair, Qarabağ müharibəsində mina qurbanı olmuş hüquqşünas isə özünüməşğulluq proqramına cəlb olunmaları üçün hüquqi bilgiolərə dair maarifləndirici məlumatlar vermişdir. Bundan başqa tədbir iştirakşılarına Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın dünyadakı mina qurbanlarına tövsiyyə etdiyi “101 çox yaxşı ideya” məlumat vərəqi paylanmışdır.

Seminarda iştirak etmiş "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin Xaçmaz rayon təşkilatının üzvləri bu tədbirin keçirilməsini yüksək qiymətləndirmiş, layihənin icrasına maliyyə yardımı ayırmış Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınına minnətdarlıq bildirdilər. Onlar kənd təsərrüfatı, arıçılıq, elektrik texniki peşələri ilə məşğul ola biləcəklərini, bu sahələrlə əlaqədar konkret layihələrinin olduğunu və bunun üçün ilkin maliyyə vəsaitinə ehtiyac olduğunu bildirmişlər.

 

Hafiz Səfixanov

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !