Azərbaycan Yazıçılar Birliyindən Dədəli kitabxanasına möhtəşəm hədiyyə -

Azərbaycan Yazıçılar Birliyindən Dədəli kitabxanasına möhtəşəm hədiyyə

AYB-nin Dədəli kitabxanasına hədiyyə etdiyi kitablar


Dedeli.org, 11 iyul 2019 – Azərbaycan Yazıçılar Birliyi (AYB) də “Kəndə kitab” təşəbbüsünə qoşularaq Xaçmazın Dədəli kənd kitabxanasına 45 ədəd kitab hədiyyə edib. AYB sədri Anar, Birliyin katibləri Çingiz Abdullayev də Rəşad Məcid başda olmaqla bir qrup yazıçı öz əsərlərini müəllif imzasıyla Dədəli kitabxanasına hədiyyə edib.

Adı çəkilənlərlə bərabər yazıçı və şairlərdən Fikrət Qoca, Əjdər Ol, Yunus Oğuz, Pərvin və Şahanə Müşfiq müxtəlif əsərlərini imzalayaraq Dədəli kənd kitabxanasının oxucularına çatdırmaq üçün təşəbbüskar Azər Həsrətə təqdim ediblər.

Kitabları AYB-nin iqamətgahında qurumun katibi Rəşad Məcid Azər Həsrətə təqdim edib.

Rəşad Məcid qeyd edib ki, bir kənd kitabxanasının bu yolla daha da zənginləşdirilməsi, oxucuların həvəsləndirilməsi olduqca təqdirəlayiq haldır. O, Dədəli kəndini ziyarət edib kitabxanaya baş çəkmək, oxucularla görüşmək arzusunu da ifadə edib.


Rəşad Məcid kitabları Azər Həsrətə təqdim edir


Qeyd edək ki, “Kəndə kitab” təşəbbüsü Dədəli sakini, hazırda Bakıda yaşayan Əməkdar jurnalist Azər Həsrət tərəfindən irəli sürülüb. Təşəbbüsün orijinallığı ondadır ki, müəlliflər öz kitablarını məhz “Dədəli kənd kitabxanasına müəllifdən hədiyyə” qeydi ilə imzalayaraq qarşılıqsız hədiyyə edir. Yaxın vaxtlarda kitablar təntənəli şəkildə kitabxanaya təqdim ediləcək. Bundan sonra müəllif imzalı kitablar kitabxanada daimi sərgilənməklə oxucuların ixtiyarına veriləcək. Təşəbbüsün elan edildiyi mart ayından bu günə 200-dək kitab toplanıb ki, onların da 100 ədədini AMEA Mərkəzi Elmi Kitabxanası hədiyyə edib. 

 

dedeli.org

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !