BMT nümayəndələri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində - ( +FOTO=11 )

BMT nümayəndələri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ( +FOTO=11 )

2019-cu il iyunun 23-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi növbəti rəsmi qonaqlardan ibarət nümayəndə heyətini qəbul etdi.
Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov bir qrup həmkarı ilə Nizami Muzeyinin qonağı oldu.
Qonaqlar arasında Universal Hüquqlar qrupunun (Cenevrədə Beynəlxalq Think-tank Mərkəzi) icraçı direktoru Mark Limon, Kenya Respublikasının Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi , səfir Kleopa Mailu,Gürcüstan Respublikasının Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi , səfir Viktor Dolidze, Kenya Respublikasının Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi məsləhətçisi Daniel Kottut, Qana Respublikasının Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi məsləhətçisi Jozef Ovusu-Ansah Muzeyin ekspozisiyası ilə tanış oldular.
Onlar ədəbi-bədii fikir tariximizdə iz qoymuş görkəmli yazıçı və şairlərimiz haqqında məlumatları böyük maraqla dinləyərək, Azərbaycan ədəbiyyatının keçdiyi inkişaf yolu ilə yaxından tanış oldular. Muzeyin zəngin eksponatları, qədim maddi-mədəniyyət nümunələri, nadir xalçalar, nəfis miniatürlər, rəsm əsərləri vasitəsilə qonaqlar xalqımızın çoxəsrlik ədəbiyyatı ilə yanaşı qədim mədəniyyəti haqqında da geniş məlumat əldə etdilər.
Ekspozisiya zallarını gəzdikcə heyranlıqlarını gizlətməyən səfirlər Nizami muzeyinin dünyanın bir çox möhtəşəm muzeyləri ilə eyni səviyyədə olmasını, eksponatlarının zənginliyi və zövqlə təqdim edilməsilə fərqləndiyini xüsusi qeyd etdilər. Azərbaycan ərazisində mövcud olmuş qüdrətli dövlətlər, Azərbaycanda dövlətçilik ənənələri haqqında söhbəti diqqətlə dinləyən qonaqlar tariximizdə həm qılıncı, həm də qələmi ilə öz sözünü demiş Şah İsmayıl Xətainin, Qarabağ xanlığının vəziri Molla Pənah Vaqifin, Şərqdə ilk Demokratik Cümhuriyyətin qurucularından olan Əlimərdan bəy Topçubaşovun, sonuncu Qarabağ xanının qızı şairə Xurşid banu Natəvanın şəxsiyyəti və irsinə böyük maraq göstərdilər.
Muzeyin ekspozisiyasını ziyarət edən qonaqların fotoşəkillərində onların bu möhtəşəm söz məbədinə olan maraq və diqqəti aydın hiss olunur. Muzeyə daxil olarkən vaxtlarının az olmasını söyləsələr də, bir saatdan çox çəkən ziyarətin başa çatmasından məyus olduqlarını bildirən səfirlər Muzeyin “Rəy kitabı”na öz ürək sözlərini yazmağı da unutmadılar.
Onlardan birini sizə təqdim edirik: “Gözəl səyahətə və ətraflı məlumata görə Sizə təşəkkür edirik. Mən və həmkarlarım Azərbaycan xalqının tarixinə aid olan kolleksiyanızı yüksək qiymətləndiririk. Əməkdaşlarınızın tarxi irsinizi qoruması təqdirəlayiqdir”.
Imza: Kenya Respublikasının Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi , səfir Kleopa Mailu
Sonda qonaqların hər birinə xatirə olaraq Muzeyin direktoru akademik Rafael Hüseynovun muzeyin yaranma tarixi və ekspozisiyası haqqında məlumat kitabı olan “Söz məbədi” bələdçi-bukleti və Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında muzeyin nəşr etyi “2019-cu ilin Nəsimi təqvimi” hədiyyə edildi.
Qonaqlar muzeydən xoş təəssüratla ayrıldılar. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !