Bir Sumqayıt vətəndaşı,... - Rafiq Oday yazır - ( +FOTO=7 )

Bir Sumqayıt vətəndaşı,... - Rafiq Oday yazır ( +FOTO=7 )

Hazırda Sumqayıt bulvarı yarım milyona yaxın Sumqayıt sakininin ən gözəl istirahət məkanına çevrilib. Biz sevinir və fəxr edirik ki, belə bir bulvarımız var və hətta dünyanın diqqətini özünə çəkərək rəğbətini qazanıb, bir sıra beynəlxalq mükafatlara layiq görülüb.

Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz İlham Əliyev Sumqayıt bulvarını əsl möcüzə adlandırıb.

Təbii ki, bu bulvarın yaradılmasında şəhər icra hakimiyyətinin başçısı çox hörmətli Zakir müəllim Fərəcova xüsusi təşəkkür düşür və demək olur ki, bulvara istirahətə gələn hər bir sakin, hörmətli Zakir müəllimə dua edir.

Mən bulvarla bağlı kiçik bir nüansa diqqət çəkmək istərdim, hansı ki, kiçik də olasa, bu möhtəşəm gözəlliyə yetərincə xələl gətirir. Bu da bulvarın iki yerində abadlıq işlərinin tamamlanmamasıdır. Yəni bulvar təhvil verilən gündən beləcə yarımçıq qalmasıdı. Bu adi görünən bir məsələ 4 kilometrdən artıq olan bu gözəlliyə kölgə salır və yamaq kimi görünür. Onu da deyim ki, burada elə də böyük bir iş yoxdur. 5-6 nəfərlik bir briqadanın əlində 1-2, uzağı 3 günlük işdir.

Davamlı olaraq şəhərimizin bulvarını görməyə gələn xarici olkələrin vətəndaşlarını - yəni turustləri nəzərə alaraq, adiyyəti qurumlardan çox-çox xahiş edirəm ki, bu kiçik qüsur öz həllini tapsın və dünya bulvarları ilə yarışa biləcək bulvarımızın gözəlliyi bütövləşsin.

Qeyd. Mən bu sətirləri Sumqayıtı özünə tale şəhəri bilən bir sumqayıt vətəndaşı, bir ziyalı kimi yazdım. Xahiş edirəm kimsə buna mənfi don geyindirməsin, öz çirkin məqsədi üçün istifadə etməsin. Yəni məsələni 37-ci il səviyyəsinə qaldırmasın. Şəhərdə aparılan quruculuq-abadlıq işlərindən davamlı olaraq bir-birindən maraqlı yazılar yazan, görülən işləri qiymətləndirən qələm sahiblərindən biri, bəlkə də birincisi mənəm.Sumqayıt hər birimizin şəhəridir və bu şəhərin daha da gözəlləşməsi üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !