Ömər əl Armutinin “İordaniya- Azərbaycan əlaqələrində önəmli məqamlar” kitabının təqdimat mərasimi keçirildi - ViDEO+FOTOLAR (AZpress.AZ - M.Xəzər) (YENİLƏNDİ)

Ömər əl Armutinin “İordaniya- Azərbaycan əlaqələrində önəmli məqamlar” kitabının təqdimat mərasimi keçirildi ViDEO+FOTOLAR (AZpress.AZ - M.Xəzər) (YENİLƏNDİ)

FACEBOOK ( CANLI YAYIM) : https://www.facebook.com/rasim.sadixov/videos/2396039630439964/?notif_id=1562743139773196&notif_t=feedback_reaction_generic

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə İslam Əməkdaşlıq Təşkilatlarına üzv Dövlətləri Jurnalistləri Assosiasiyası tərəfindən iordaniyalı tarixçi-yazar Ömər əl Armutinin “İordaniya- Azərbaycan əlaqələrində önəmli məqamlar” kitabının təqdimat mərasimi keçirildi. Tədbir Ermənistanın Azərbaycan torpaqlarının işğalı
nəticəsində yaranmış problemlərin ərəb ictimaiyyətinə çatdırılması məqsədilə Bakıdakı ərəb dövlətləri elçilikləri təmsilçilərinin iştirakı ilə keçirildi.

 

                                                                                   ***

 

Tədbirdə çıxış edən “Kaspi” Təhsil Şirkətinin təsisçisi, filologiya elmləri doktoru Sona Vəliyevabildirib ki, bu kitab həqiqətən Azərbaycana olan sonsuz sevginin təcəssümü kimi ərsəyə gəlib: “Bir dövlət haqqında bütövlükdə geniş məlumata malik olan xarici müəllif tərəfindən kitabın çap olunması həqiqətən bir bayramdır. Həmin dövlət haqqında yazılan məlumatın çatdırılması bayramıdır. Düşünürük ki, bu kitab Azərbaycan xalqı və onun keçdiyi tarixi inkişaf yolu, bu günü, həmçinin onun davamlı, dayanıqlı inkişafı, gələcək planları, daxili, eyni zamanda xarici siyasəti, tarixi və mədəniyyəti haqqında İordaniya xalqına geniş məlumat bəxş edir. Hər iki ölkə başçıları tərəfindən aparılan siyasət nəticəsində 2007-2010-cu illər ərzində qarşılıqlı olaraq 2 səfərin edilməsi və 40-a qədər sazişin imzalanması bu kitabda çox böyük məhəbbətlə yer alır. Üç fəsildən ibarət olan bu kitabda məni ən çox sevindirən məqam ondan ibarətdir ki, xalqın ən sadə nümayəndəsi belə qatılan tədbirlərin baş verməsidir. İordaniyada Azərbaycan mədəniyyət günləri böyük məhəbbət hissi ilə qarşılanıb. Bu mədəniyyət günlərinin qarşılıqlı şəkildə, mübadilə əsasında baş verməsi xalqların bir-birinin mədəniyyətlərini, eləcə də onların xarakterlərini, həmçinin bu ölkə haqqında ideoloji münasibətlərin inkişafına təkan verir. Hesab edirəm ki, bunların sayını artırmaq lazımdır. Cənab Ömər bəy 40-dan çox kitabın müəllifidir və tarixi, bədii mövzularda yazır. Onu İordaniya xalqı sevir, bundan sonra isə bütün Azərbaycan sevəcək və siz bu gündən etibarən Azərbaycanın dostuna çevrildiniz”. S.Vəliyeva Ömər əl-Armutiyə Naxçıvan xalçasının ornamentlərindən ibarət hədiyyə təqdim etdi.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

! ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !